Əpl şirkətinin ötən ay təqdim etdiyi Ayfon XS, Ayfon XS Maks və Ayfon XR modellərinin artıq ölkənin bir çox mağazasında satışı genişlənib.

 

Axar.az xəbər verir ki, bir-birindən ölçülərinə, ekran keyfiyyətlərinə, qiymətlərinə görə fərqlənən Ayfon XS və Ayfon X Maks telefonlarında OLED ekranından istifadə olunsa da, Ayfon XR-in ekranı LCD-dir. Ayfon XS Maks-ın ekranı 6.5 düyüm, Ayfon XS-in isə 5.8 inç-dir.

XS modelinin 64 GB-lıq gümüş rənglisi “Kontak Home” mağazasında 2599.99 manat, 256 GB-lığı isə 2899.99 manatdır.

Ayfon XS-dən demək olar ki, bütün xüsusiyyətlərinə görə fərqlənən XS Maks modelinin 64 GB-lığını 2899.99 manat, 256 GB-lığını 3059.99 manata əldə etmək mümkündür. Bu modelin 512 GB-lıq yaddaşa malik olanını isə “Vest Telekom” mağazasından 3429 manata almaq olar.

Ayfon XR modeli isə hələlik ölkəmizdəki əsas telefon mağazalarında rəsmi satışda olmasa da, onu 2000 manat civarında əldə etmək mümkündür. Bu modelin qiymətinin digərlərindən aşağı olmasının səbəbi isə 6.1 düyümlük Liquid Retina ekran, ayfonlarda artıq ənənə halını almış 3D touç xüsusiyyətinin modeldə yer almaması və arxa hissədə 2 deyil, 1 kameranın yerləşdirilməsidir. Lakin XR modelində yeni nəsil prosessoru olan A12 bionik şəbəkəsindən istifadə edilib.

Ayfon XR sarı, ağ, qara, mərcan, mavi və qırmızı rənglərdə təqdim olunur.

Qeyd edək ki, 17 sentyabrda təqdim edilən Ayfonun yeni modellərinin ilk partiyası 24 sentyabrdan Bakıda satışa çıxarılmışdı.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti