Ə.Ağaoğlu: “Hə, görürük. Əsarətin görünən bağlarını qırmısan. Ancaq iç zəncirlərini də söküb atmısanmı?”

 

Azərbaycan xalqının milli istiqlalının memarlarından olan böyük fikir adamı Əhməd bəy Ağaoğlunun bu fikirləri 1930-cu ildə İstanbulda qələmə aldığı “Azad insanlar ölkəsində” adlı kitabından götürülüb. Böyük düşüncə adamı Əhməd bəy Ağaoğlu azadlığı hər hansı inzibati dövlət əsarətində qurtulmaqda deyil, məhz insanın fərdi düşüncə azadlığında görür. Azadlıq düşüncəsinin aktuallığını itirdiyi bir zamanda Ə.Ağaoğlunun azadlıq düşüncəsi aktuallığını qoruyub saxlayır. Məhz hazırki cəmiyyətimizdə insanların əksəriyyəti üçün “İç zəncirini söküb atmısanmı” sualı öz aktuallığını qoruyub saxlamaqdadır.

Cəmiyyətimizdə genetik nökərçilik psixologiyasından azad ola bilməyən insanlar hələ də az deyil. Bir sözlə, azadlıq düşüncəsi ilə nökərçilik düşüncəsi qarşı-qarşıyadır. Gələcək nəsilləri azad ruhda böyütmək üçün biz ağaoğlular nəslinin azadlıq düşüncəsini dərindən öyrənməliyik.

Ə.Ağaoğlu “Azad insanlar ölkəsi”ndə deyir:

“Mən bir əsir idim;

azad olmaq istədim.

Zəncirlərimi qırdım, qala divarını deşdim və açıqlığa çıxaraq, dərindən nəfəs aldım. Önümdə geniş bir çöl vardı. Hara gedəcəyimi, necə davranacağımı bilmirdim. Çaşqın-çaşqın bir neçə addım atdım. Bir də gördüm ki, iki yolun ayrıcındayam və yerə basdırılmış bir dirəyin üstündəki bu yazını oxuyuram:

“Sol tərəfə gedən yol Azadlıq yoludur. Sağ tərəfə gedən yol köləlik yoludur”.

Sol tərəfi tutdum, səhərə qədər getdim.

Dan yeri ağaranda gördüm ki, bir qalanın önündəyəm. Qala qapısının üzərinə qızıl hərflərlə yazılmış bu sözləri oxudum: “Sərbəst insanlar ölkəsi”.

“Əsl mən istəyən yerdir”, - deyib qapıdan içəri girmək istədim. Keşikçilər yolumu kəsdilər:

- Sən kimsən? Hardan gəlib haraya gedirsən?

- Mən bir əsir idim, zəncirimi qırıb buraya gəldim. İndi azad olmaq istəyirəm, - dedim.

Keşikçilər diqqətlə baxdılar. Boynumda zəncirin, qollarımda buxovların izləri bəlli idi.

- Hə, görürük. Əsarətin görünən bağlarını qırmısan. Ancaq iç zəncirlərini də söküb atmısanmı? – deyə soruşdular.

Anlamadım.

- Elə isə bu suallara cavab ver:

1. Tamahına yiyə durursanmı?

2. Doğrunu sevirsənmi?

3. Həqiqətə dözümün varmı?

4. Ləyaqət sahibisənmi?”

Ə.Ağaoğluna görə, azadlıq - tamahına sahib olmaq, doğrunu sevmək, həqiqətə qarşı dözümlü olmaq və ləyaqət sahibi olmaqdan keçir.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti