Bu gün “Elmed” klinikasının həkimləri 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü və Cümhuriyyətin 100 illiyi münasibəti ilə Müharibə və Əmək Əlilləri üçün Pansionatda məskunlaşan kimsəsiz ahılları müayinə edib.

Axar.az xəbər verir ki, klinikanın rəhbərliyi tərəfindən təşkil edilən ziyarət zamanı onlar bir çox lazımı ərzaqla təmin edilib. Bundan başqa klinikanın dermatoloqu Mübariz İsmayılov, terapevti Türkanə Səmədova, LOR həkimi Natəvan Əliyeva onları müayinə edərək, müalicə üçün lazım olan dərmanları yazıblar.

Klinikanın mətbuat xidmətinin rəhbəri Yusif Osmanlı bildirib ki, bu layihə Azərbaycanın Dövlət Müstəqilliyi Günü və Cümhuriyyətimizin 100 illiyi ilə əlaqədar keçirilən 2018-ci ilin tədbirlər planına uyğun olaraq təşkil edilib:

“Məqsədimiz burada yaşayan ağbirçək və ağsaqqalların qayğısına qalmaqdır. Klinikanın maddi bazasına uyğun olaraq 20-25 nəfərlik şəxsə gündəlik tələbatları üçün lazım olan ərzaq paketi hədiyyə etdik. Həkim briqadamız buradakı yaşlıların bir hissəsini müayinə etdi. Həkimlərimizin yazdığı reseptlər əsasında klinikamız tərəfindən dərmanlar alınaraq, buraya çatdırılacaq”.

Yusif Osmanlı onu da qeyd edib ki, bu kimi ziyarətlərin hələlik ilin sonuna kimi keçirilməsi planlaşdırılır:

“Gələn həftələrdə valideyn himayəsindən mərhum olan uşaqlar üçün internat məktəblərinə belə ziyarətlər təşkil edəcəyik. Növbəti ayda 31 Dekabr və yeni il münasibəti ilə yenidən yaşlılar evinə həkim briqadamız ilə gələcəyik. Növbəti səfərimizdə çalışacağıq ki, yaşlıların şikayətlərinin daha çox olduğu xəstəliklərin müayinə və müalicəsini edən həkimlərimiz üstünlük təşkil etsin”.

Əvvəllər Azərsu MMC-nin əməkdaşı olan və hazırda Müharibə və Əmək Əlilləri üçün pansionatda məskunlaşan kimsəsizlərdən biri Əliyev Rafiq Sultan oğlu bildirib ki, səhhəti ilə bağlı yaranan problemlərin müalicəsi üçün həkimlər əllərindən gələni əsirgəmədilər:

“Burada şərait çox gözəldir. Öz otağım var. 6 aydır buradayam, 450 ağac əkmişəm. Bundan sonra da 1000 dənə də gül əkəcəyəm. Hər gün onlara qulluq edərək dincəlirəm. Buradakı qulluqdan çox razıyam. Klinikanın həkimləri bizi çox gözəl qarşıladı, müayinə etdilər. Lazımı dərmanlarla da təmin edəcəklərini bildirdilər. Dövlətimiz bizə hər cür qayğı göstərir”.

70 yaşlı Qəmbərov Həbib isə müayinədən razı qaldığını bildirərək, klinikanın dərmanlarla təmin etməsini təqdirəlayiq hal kimi qiymətləndirib:

“Artıq 13 ildir, burdayam. Bizim üçün çox gözəl şərait yaradılıb. Bu gün “Elmed” klinikasının həkimləri bizi müayinə etdi. Bir çox xəstəlikdən əziyyət çəkirəm. Şəkərli diabetəm, böyrəklərimdə, qaraciyərimdə problem var. Özüm də infarkt keçirmişəm. Bu gün bizə göstərdikləri qayğıya görə həkimlərimizə və klinika rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Həkimlər tərəfindən müayinə olunduq və reseptlərimiz yazıldı. “Elmed” bizi həmin dərmanlarla təmin edəcək”.

Onkoloji xəstəlikdən əziyyət çəkən Hümbətova Nübar da öz həmyaşıdları kimi buradakı şəraitdən razı qaldığını bildirib:

“Bizim üçün yaratdıqları şəraitə görə cənab Prezidentimiz İlham Əliyevə, onun xanımı Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çox təşəkkür edirəm. Həmçinin, “Elmed” klinikasının rəhbərinə, həkim kollektivinə minnətdarlığımı bildirirəm ki, bizi yaddan çıxartmayıblar. Belə bir xoş gündə həm ziyarət etdilər, həm də müayinə. Mənim qulağımda problem var idi. Allergiyama görə də resept yazıldı. Dərmanlarımızı klinika rəhbərliyi öz öhdəsinə götürdü”.

“Elmed” klinikasının həkim terapevti Türkanə Rəhimova bu gün müayinə etdiyi ahıllardan bəhs edərək, onların klinika tərəfindən dərmanla təmin ediləcəyini bildirib:

“Bu gün 8-ə yaxın yaşlı nəslin nümayəndəsinə xidmət göstərdim. Əksəriyyəti ürək-damar sistemi xəstəliyindən əziyyət çəkir. Astma xəstəlikləri, ürək çatışmazlığı, damar problemi olan xəstələr də çox idi. Müayinə olunan yaşlılar arasında əməliyyat olunması lazım olan da var idi. Yaşlılar arasında qəbzlik və mədə-bağırsaq sistemi ilə bağlı da şikayətlər çox idi. İmkanlarımızdan istifadə edərək müəyyən diaqnozlar qoyduq. Demək olar, tam ağır xəstəliklər yoxdur”.

Daha sonra isə Müharibə və Əmək Əlilləri üçün Pansionatın direktoru Əsədova Qətibə bu gün yaşlıları həm ziyarət, həm də müayinə etdiyi üçün “Elmed” klinikasına təşəkkür edib:

“Ahıllarımızı yüksək səviyyədə müayinə etdilər. Lazım olan reseptləri qeyd etdilər və dərmanlarla təmin ediləcəyini bildirdilər. Bu gün 15-ə yaxın yaşlıya tibbi xidmət göstərildi. Elə yaşıllarımız var ki, bütün həkimlərin müayinəsindən keçdi”.

Qətibə Əsədova qeyd edib ki, dövlət pansionata daima qayğı göstərir:

“Müəssisəmizdə 226 nəfər yaşlı nəslin nümayəndəsi yaşayır. Öz pensiyalarını özləri xərcləyirlər. Dövlət tərəfindən onların yeməyini, geyimini, dərmanları verilir. Leyla Əliyeva bizi tez-tez ziyarət edir bizi. Onun bizə ən böyük hədiyyələrindən biri də bizə nəqliyyat vasitəsi verməsi oldu. Yaşlı insanlar hər gün o avtobusla ASAN Xidmətə gedir və orada könüllü fəaliyyət göstərirlər. İlkin yardımlar üçün nə lazımdırsa, onlar dövlət tərəfindən bizə verilir. Bazar günləri qohumlar və yaxınlar üçün görüş saatları ayrılıb”.

23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
30 Oktyabr 2024 Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?
28 Oktyabr 2024 Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb - Psixoloq nə deyir?
17 Oktyabr 2024 Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
16 Oktyabr 2024 Alimlər Marsda sirli strukturlar tapdı
16 Oktyabr 2024 Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
15 Oktyabr 2024 Alimlərindən xəbərdarlıq: Süni intellekt öldürə bilir
14 Oktyabr 2024 Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ
14 Oktyabr 2024 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
14 Oktyabr 2024 Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş? - FOTO
10 Oktyabr 2024 Quyruq yağını bol-bol yeyin, çünki...
07 Oktyabr 2024 Azərbaycanın neçə kəndində internet yoxdur? - Rəsmi açıqlama
03 Oktyabr 2024 Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Xəbər lenti