|
Avropa Birliyi Yaponiya ilə birlikdə Günəş sisteminin ən kiçik planeti olan Merkuriyə raket göndərəcək.
Axar.az xəbər verir ki, Avropa Kosmos Agentliyi və Yaponiya Kosmos Araşdırma Mərkəzi “Ariana 5” raketinin bu gün buraxılacağını açıqlayıb. Merkuri planeti haqqında ətraflı məlumat əldə etməyə çalışacaq “Ariana 5” raketinin 7 ildən sonra ünvana çatacağı bildirilir.
Elm adamları Günəşə çox yaxın məsafədə yerləşdiyinə üçün Merkuriyə kosmik vasitə göndərməyin çətin olduğunu, buna görə də “Ariana 5”in əhəmiyyətli bir layihə olduğu söyləyib.