Uşaq danışmırsa və ya balaca uşaq kimi danışırsa, adlandırma mərhələsindən geri qalırsa, əşyanı tanıyır, adını söyləyir, amma cümlə qurmursa, nitqdə duruxmalar olursa və ya ümumiyyətlə danışmaq istəmirsə, bu, onlarda nitq problem olmasını göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib. O bildirib ki, nitqin düzgün inkişafı ətrafdakı bir çox amillərdən asılı olub, tədricən formalaşır:

“Nitqin inkişafına bir neçə amil təsir edə bilər. Məsələn: musiqi, oyun, tapmacalar, nağıllar, şeirlər, yanıltmaclar və s. Ana bətnində uşaqla düzgün ünsiyyət qurmaq gələcəkdə onun tez danışmasına kömək edir. Hamiləlyin ilk günlərindən etibarən bətndaxili uşaqla ünsiyyətdə olmaq lazımdır. Uşaq ata-ana məhəbbətini hiss etməlidir. Körpə dünyaya gələndən sonra da diqqət azalmamalıdır. Analar körpəni yedizdirərkən onunla göz təması qurmalı, danışdırmalıdırlar, yuxuya gedərkən həzin səslə layla oxumalıdırlar. Bir müddət sonra körpə səslər çıxararaq anaya qarşılıq verəcək. Uşaqlar ətrafındakı səsləri, nitqi dinləyərək dili və danışmağı öyrənirlər. Körpə uşaqlar səsə qarşı çox hissiyatlı olurlar. Onlarla danışarkən düzgün və səlis nitqdən istifadə olunmalıdır, çünki körpə danışılan hər şeyi başa düşür, beyninə yığır, lazım olduğu vaxt sizə cavab verəcək. Körpəni qucağınıza alanda və ya əlindən tutub ictimai yerlərdə gəzdirdikdə əşyalarla tanış etmək lazımdır. Körpələr müxtəlif elektrik əşyalarının səsindən qorxursa, həmin səslər olan yerə aparmayın. Bu qorxu körpənin nitqinin ləngiməsinə səbəb olar. Bundan başqa, uşaqlarla kiçik yaşlarda müxtəlif oyunlar oynamaq gələcəkdə onun intellektual səviyyəsinin yüksəlməsinə təsir edir”.

Psixoloq uşaqlarda nitq prosesinin inkişaf dövrlərindən də danışıb:

0-6 ay: “Qığıldama” dövrü. Uşaq səsə qulaq asır, tanıyır, qığıldayır. Hecalar ifadə etməyə çalışır.

6-12 ay: Hecaları birləşdirməyə çalışır. Eşitdiyi səsləri təqlid edir. Bir neçə sözə, əmrlə danışır: al, dur, əlini ver, öp kimi 10-a yaxın söz deyə bilir.

12-18 ay: Sadə cümlələr qurur. Sifət və əvəzlikdən istifadə edir (mən, sən və s). Əşyaların adlarını tanıyır. 10-25 söz bazası olur.

18-24 ay: İki sözlü cümlələrin sayını artırır. Dediyi sözlərin mənasını anlayır. 50-yə yaxın söz deyə bilir.

24-36 ay: Çoxhecalı sözlər deyir. Tərkibində 3-4 söz olan mənaca yaxın cümlələr qurur. Çoxlu suallar verir. Bu dövrdə -l, -r hərflərinin səslənməsində qüsur ola bilər. Lüğətləri 1000 sözdən ibarət olur.

4 yaşında: Qrammatik cəhətdən düzgün cümlələr qurur, əşyaları qruplaşdırır. Lüğət 2000 sözdən ibarət olur.

5 yaşında: Bütün sözləri təmiz deyir. Mətni təkrarlayır, əşyaları fərqləndirir, fikir yürüdür, nağıllarda doğru və ya yanlışı ayırd edir. Lüğət ehtiyyatı 3000 sözdən ibarət olur.

Psixoloq onu da qeyd edib ki, uşağın nitqinin formalaşması prosesinə düzgün müdaxilə olunmalıdır, yəni nitqdə olan qüsürlar vaxtında valideynlər və ya mütəxəssislər tərəfindən aşkarlanmalı və korreksiya edilməlidir.

23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
30 Oktyabr 2024 Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?
28 Oktyabr 2024 Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb - Psixoloq nə deyir?
17 Oktyabr 2024 Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
16 Oktyabr 2024 Alimlər Marsda sirli strukturlar tapdı
16 Oktyabr 2024 Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
15 Oktyabr 2024 Alimlərindən xəbərdarlıq: Süni intellekt öldürə bilir
14 Oktyabr 2024 Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ
14 Oktyabr 2024 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
14 Oktyabr 2024 Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş? - FOTO
10 Oktyabr 2024 Quyruq yağını bol-bol yeyin, çünki...
07 Oktyabr 2024 Azərbaycanın neçə kəndində internet yoxdur? - Rəsmi açıqlama
03 Oktyabr 2024 Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Xəbər lenti