Bu gün Azərbaycanın görkəmli şairi Hüseyn Cavidin doğum günüdür.

Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda anadan olub. İbtidai təhsilini Naxçıvanda, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində alıb (1894-1898). 1899-1903-cü illərdə Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirdikdən sonra Naxçıvanda, daha sonra Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.

Ədəbiyyat tariximizdə ilk mənzum faciə ("Şeyx Sənan") və ilk mənzum dramın ("Ana") müəllifi olan Hüseyn Cavidin yaradıcılığı lirik şeirlər, lirik-epik, epik poemalar, dram əsərləri ilə zəngindir. Şairin "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunub.

XX əsr Azərbaycan romantizminin ən böyük nümayəndəsi hesab olunan Cavid daha çox dramaturq kimi tanınıb, teatrda "Cavid mərhələsi" başladıb. Onun "İblis" faciəsi öz bəşəri çalarları ilə Azərbaycan ədəbiyyatının şah əsərlərindən hesab olunur. 20-30-cu illərdə "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" kimi tarixi dramları da ədəbiyyatımızda mühüm yer tutur. Bu dramlarda, xüsusilə, "Peyğəmbər" əsərində Cavidin tarixi şəxsiyyətlərə tamamilə fərqli baxış bucağını görmək mümkündür.

Cavid Əfəndinin publisistikası da öz dəyər və sanbalına görə heç də bədii əsərlərindən geri qalmır.

Kult.az Hüseyn Cavidin 1912-ci il mayın 14-də “İqbal” qəzetində dərc olunan “Nakamlıq” yazısını təqdim edir:

“Bu gün qara torpaq, əcəlin pənceyi-qəhri Qafqaziyanın Rusiya Türklərinin, daha doğrusu, bütün türk ünsüri-nəsibinin yorulmayan, qəhrəman və çalışqan bir övladını ağuşi-əbədisinə alır.

Mirzə Abdulla Məhəmmədzadə (A. Sur), Abdulla Tofiq imzaların qəzet sütunlarında görüb bilməyən çox az qare bulunur zənn edirəm.

İştə o fəal gənc getdi. Nakam olaraq tərki-həyat etdi!

Gəncədə məbadiyi-ülumu təhsil etdikdən sonra üç sənədən ziyadə İstanbulda ikmali-təhsil ilə məşğul olub, tarix və ədəbiyyatda böyük bir ləyaqət göstərmiş olan bu dəyərli cavan, əfsus, minlərcə əfsus ki, dünyadan kam almayaraq, arzularına yetişməyərək millətinə, vətəninə lazım olan ən qiymətli bir zamanında millətini, vətənini tərk etdi, yalnız və yalnız ailə və arxadaşlarının, əhibba və vətəndaşlarının ürəyinə unudulmaz bir həsrət qoyub getdi.

Mərhum müşarileyh yaşasaydı, ədəbiyyatımıza çox böyük mənfəətlər, çox qiymətli əsərlər bəxş edəcəkdi. Zatən göstərdiyi nümunələr istiqbalının nə dərəcədə parlaq olduğunu müdəqqiq qarelərə təslim etdirmişdir zənn edirəm.

Fazili-hünərvər, ədibi-siyasətpərvər İbrahimov Sənətullabəy əfəndinin mərhum A. Sur haqqında yazmış olduğu mütaliatı hər kəs oxuyub düşünmüşdür zənn edirəm. Onun türk dilinə, türk ədəbiyyatına olan xidmətləri çox parlaq olacaqdı, əfsus ki, özü söndü, getdi…

Əvət, bu bir sənə zərfində Qafqaz, ulu Qafqaz sevgili övladlarından üç qiymətli vücud qeyb etdi.

Birincisi möhtərəm şair mərhum Sabir həzrətləri idi. Mir mumileyhi Tiflisdən Şamaxıya, yəni məzari-ədəmə doğru yollandığı sırada görmüşdüm. O lətif və düşgün sima hala gözümün önündə təcəssüm edib durur.

Qafqaz öylə nadir vücuda bir də çox çətinliklə malik ola bilər.

İkincisi vətənpərvər üləmamızdan Hacı Molla Ruhulla həzrətləri idi ki, ziyai-təhəmmülgüdazı islam ruhilə bəslənmiş hər bir vətəndaşı məhzun və dilxun etdi.

Üçüncüsü isə bu iki mərhumun heç birilə qabili-qiyas olamaz. Çünki onlar kamilən olmasa belə, yenə az-çox yaşayıb və istədikləri qədər millət və vətənlərinə ifai-xidmət edə bilmişlərdir.

Bu isə (A. Sur), hənuz yeni-yeni qol-qanad açıb, təşəbbüsatda bulunub vətən yavruları üçün, onların tərəqqiyyatı üçün çalışıb-çapalamaqda ikən, ölüm, o acı həqiqət, o müdhiş qüvvət fürsət vermədi. Biçarəni aldı götürdü, bu mütəşəbbis, gənc ədibimizin səbəbi-irtihalına gəlincə, Tiflisdə iki ay zərfində xəstəxanədə bir neçə dəfə əməliyyati-cərrahiyyə (operasiya) icra edildikdən sonra qurtulamayaraq nəhayət, əcəlin ağuşi-dəhşətnakına qovuşmuşdur. Cənab-həqq validəsinə, qardaşlarına və arxadaşlarına, dostlarına və vətəndaşlarına səbri-cəmil əta eləyə…”

 
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
30 Oktyabr 2024 Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?
28 Oktyabr 2024 Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb - Psixoloq nə deyir?
17 Oktyabr 2024 Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
16 Oktyabr 2024 Alimlər Marsda sirli strukturlar tapdı
16 Oktyabr 2024 Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
15 Oktyabr 2024 Alimlərindən xəbərdarlıq: Süni intellekt öldürə bilir
14 Oktyabr 2024 Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ
14 Oktyabr 2024 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
14 Oktyabr 2024 Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş? - FOTO
10 Oktyabr 2024 Quyruq yağını bol-bol yeyin, çünki...
07 Oktyabr 2024 Azərbaycanın neçə kəndində internet yoxdur? - Rəsmi açıqlama
03 Oktyabr 2024 Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Xəbər lenti