|
Dünyanın ən hündür abidəsi hesab olunan heykəlin oktyabrın 31-i açılışı olacaq.
Kult.az xəbər verir ki, 1947-ci ildə Britaniyanın müstəmləkə əsarətindən qurtulmaq üçün xalq hərəkatının ən fəal üzvlərindən biri, Hindistanın milli qəhrəmanı, ölkə konstitusiyasının müəlliflərindən olan Sərdar Patelin heykəli Hindistanın Qucarat əyalətindəki Narmada çayı sahilində ucaldılıb. 410 milyon dollar vəsait hesabına başa gələn abidənin hündürlüyü 182 metrdir.
Açılış mərasimində ölkənin Baş naziri Narendra Modi iştirak edəcək.
Qeyd edək ki, heykəlin əsası qoyularkən N.Modi abidənin Nyu Yorkdakı "Azadlıq" heykəlindən iki dəfə böyük olacağını vurğulamışdı.