“Adam” filmi XI İstanbul Beynəlxalq Memarlıq və Şəhər Film Festivalında 90 ölkədən qatılan 950 film arasında "sənədli film nominasiyası"nda ikinci yerə layiq görülüb.

 

Bu barədə Kult.az-a açıqlamasında filmin prodüseri Tural Cəfərov deyib. O bildirib ki, festivalın final mərhələsinə 50 film keçib:

“Finala keçən filmlər arasında ikinci yeri bizim filmimiz tutdu. Bu, bizim üçün böyük qürurdur. Çünki “Adam” filmi çox məhdud imkanlarla istehsal olunub. Zen Film (Azərbaycan) və Alfeka (Türkiyə) şirkətinin birgə layihəsi olan filmin ərsəyə gəlməsində Türkiyədəki partnyorlarımızın da böyük əməyi var. Düşünürəm ki, Azərbaycan kinomateqrafiya sahəsində çox istedadlı, parlaq şəxslər var. Bu qələbəni müstəqil kinomuzun bir uğuru hesab edirəm. “Adam” filminin xaricdə yayımlanması Azərbaycanda kino sahəsinin inkişafına mühum töhfə verəcək”.

Tural Cəfərov filmin Azərbaycan nümayişi barədə də danışıb:

“Filmi internətə yükləyə bilmirik. Çünki bundan sonra digər beynəlxalq festivallarda iştirak edəcəyik. Bizə Azərbaycanda filmə necə baxmaq olar haqqında tez-tez suallar verilirdi. Buna görə istəyirdik ki, Azərbaycanda tamaşaçılar üçün filmin premyerasını keçirək. Amma noyabrda Azərbaycanda "Nizami" kinoteatrında film festivalı keçiriləcəyi üçün artıq buna ehtiyac qalmadı. Həmin festival çərçivəsində “Adam” filmi də yayımlanacaq”.

Qeyd edək ki, film 1981-ci ildə Xəzər dənizinin yüksəlməsi nəticəsində adaya çevrilən Kürdilidə illərdir tək yaşayan rus mənşəli azərbaycanlı Vitali Pronin haqqındadır.

Quruluşçu rejissoru Emil Əli, prodüserləri Tural Cəfərov (Zen Film) və Əli Araz (Alfeka), icraçı prodüseri Fuad Cəfərov olan "Adam” filminin çəkilişlər Neftçala rayonun Kürdili adasında, post-prodakşnı isə Türkiyədə həyata keçirilib.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti