|
Azərbaycanlı müğənni Azər Həsənov “O Səs Türkiyə”də səsi ilə münsifləri heyran edib.
Publika.az xəbər verir ki, A.Həsənov Türkiyənin “TV8” telekanalında yayımlanan “O Səs Türkiyə” mahnı müsabiqəsində iştirak edib. Bu yaxınlarda Türkiyəyə köçən Azər Həsənov Polad Bülbüloğlunun müəllifi olduğu “Gəl, ey səhər” mahnısını oxuyub.
O, ifası ilə Murad Boz və Beyazıt Öztürkü özünə tərəf döndürə bilib. İki müsif arasında qalan Azər sonda Bozu seçib.