Bir neçə gün əvvəl Azərbaycanda eşşək fermasının yaradılması ilə bağlı yayılan məlumatlar gündəmə çevrilib. Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşən fermada istehsal olunan eşşək südünün litri 80 manata satılır.

Fermanın nümayəndəsi Ülvi Hidayətzadə fermadakı heyvanların həkim nəzarətindən keçərək peyvənd olunduğunu bildirib. O, istehsal edilən eşşək südünün standartlara uyğun qablaşdırıldığını və müəssisənin sertifikatı olduğunu söyləyib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sözügedən təsərrüfat subyektinin qanunvericiliyi pozaraq, qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyətə başladığını açıqlayıb. Hazırda ölkəmizdə eşşək südünün istifadəsi, müalicəvi əhəmiyyəti barədə heç bir normativ sənəd mövcud olmadığını bildirən agentlik, qeyd olunan təsərrüfat subyektinin fəaliyyəti ilə bağlı araşdırmalar aparıldığını vurğulayıb.

Axar.az xəbər verir ki, ölkəmizdə əhali arasında eşşək südünün türkə-çarədə faydalı olması ilə bağlı fikirlər mövcuddur. Hətta təbii üsullarla müalicə eksperti, həkim Seyfəddin Əsəd bildirib ki, eşşək südünün faydası misilsizdir. Onun sözlərinə görə, Azərbaycanda bu süddən hələlik yalnız göy öskürəyin müalicəsi zamanı istifadə edilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Musavat.com-a açıqlamasında ölkəmizdə eşşək südünün satılmasının yolverilməz olduğunu, bu məhsulun faydaları haqqında yayılan məlumatların inandırıcı görünmədiyini deyib. Ekspertin fikrincə, eşşək südünü tərifləyən insanlar elmi tədqiqat jurnallarında eşşək südünün nəyəsə faydası olduğunu sübut edən məqalələrlə çıxış etməlidilər. E.Hüseynov həmçinin qeyd edib ki, əgər Qida Təhlükəsizliyi Agentliyi eşşək fermasına sertifikat versə, şəxsən özü əhalini boykota çağıracaq. AİB sədri eşşək südünün insan səhhətinə faydalı olmadığını desə də, internetdə bu südün faydaları haqqında xeyli sayda informasiya var.

Ekspertlər eşşək südünün xərçəng xəstəliyinə, bronxit, astma, osteoparoz (sümük əriməsi) kimi xəstəliklərə faydalı olduğunu bildirir. Məlumata görə, eşşək südü sinir hüceyrələrinin yenilənməsinə və immunitetin qüvvətlənməsinə yardımçı olur. Eşşək südünün tərkibində bol miqdarda omeqa-3 və omeqa-6 yağ turşuları mövcuddur. Bu səbəblə, ürək və damar xəstəliklərinin qarşısının alınmasına, alzaymerə və sinir sisteminə, xolesterolu salmağa çox faydalıdır. İnək südünə nisbətlə eşşək südündə 60 qat daha çox C vitamini var. Qəbizliyin qarşısını alır, bağırsaqları rahatlaşdırır. Eşşək südü dərini təmizləyir və qidalandırır. Bu məhsul bakteriya öldürmə xüsusiyyətinə malikdir. Eşşək südü inək südü və digər süd məhsullarına nisbətdə yağ və zülal aşağı səviyyədə olduğu üçün rahat həzm olunur.

Türkiyəli dosent, həkim Üfüq Usta eşşək südünün müxtəlif allergik xəstəliklərə, həzm problemlərinə, ürək-damar sistemi xəstəliklərinə qarşı effektiv üsul olduğunu, yaşlanmanı gecikdirdiyini söyləyib.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti