1669-cu ildə Don kazakları Stepan Razinin rəhbərliyi ilə Xəzər dənizinə girirlər. Həmin il Xəzər dənizinin Sarı adası (indiki Lənkəran) yaxınlığında Razinlə Məmməd xan Astrabadlının rəhbərlik etdiyi Səfəvi donanması arasında döyüş baş verir.

70 gəminin 67-si məhv olan döyüşdə Məmməd xanın oğlu Şabın və qızı əsir götürülür. Razin daha sonra bu qızla sevgili olur.

Kult.az xəbər verir ki, bunu gənc tarixçi Tural Həmid qeyd edib. O, məşhur “İz za ostrova na strejen” mahnısının həmin tarixi hadisə ilə bağlı olduğunu bildirib:

“Stepan Razin geriyə qayıdarkən indiyə qədər ona çoxlu qənimət verən Volqa çayına qurban vermək qərarına gəlir. Sevgilisi olan bu qızın yalvarışlarına baxmayaraq, onu Volqa çayına atır. Üzərindən 200 il keçdikdən sonra bu hadisədən təsirlənən rus şair Dmitri Sadovnikov şeir yazır. Sadovnikovun şeirinə indiyə qədər bilinməyən bir bəstəkar tərəfindən mahnı bəstələnir. Səfəvi şahzadəsinin şərəfinə yazılan “İz za ostrova na strejen” adlı parça hələ də Rusiyada populyardır”.

Bu hadisə ilə bağlı holland səyyah Yan Streysin yazdıqları da xeyli maraqlıdır:

“Razin Volqa çayına deyir: “Sən möhtəşəmsən çay, səndən o qədər qızıl-gümüş, ləl-cəvahirat qazandım ki! Sən mənim şərəf və izzətimin həm atası, həm də anasısan. Tfu mənə ki, mən sənə hələ də heç bir qurban verməmişəm. Yaxşı, mən artıq nankor olmaq istəmirəm”.

Bundan sonra knyaz qızın yaxasından və ayağından tutaraq çaya atır. Onun üzərində qızıl və gümüşlə örtülmüş paltar vardı. O, çox gözəl və mehriban bir qız idi”.

1824-cü ildə “Şimal arxivi” jurnalında Streysin qeydlərindən çıxarışlar çap olunub. 1826-cı ildə həmin hadisə haqda “Pesni o Stenke Razine” əsərini yazan A.S Puşkinin Streysin bu qeydi ilə tanış olması istisna edilmir. Məlumata görə, bu şeir əvvəlcə sərt senzura ilə üzləşir, lakin sonralar çap edilir.

Qeyd edək ki, 1668-ci ildən Xəzər dənizində Stepan Razinin başçılığı ilə böyük bir (1000—1200 nəf.) quldur kazak dəstəsi fəaliyyət göstərirdi. Bu qrup Səfəvi imperiyasının Xəzər dənizi sahil zonalarına hücumlar edərək, talançılıqla məşğul olurdular.

1669-cu ilin iyul ayında Xəzər dənizində Stepan Razinin kazakları ilə Səfəvi donanması arasında Səngi Muğan adasında döyüş baş verir. Bu döyüş rusların XVII əsrdə dəniz döyüşünlərində qazandıqları ən böyük qələbəsi idi.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti