|
Britaniyalı rejissor Ridli Skott məşhur “Qladiator” filminin ikinci hissəsini çəkməyə hazırlaşır.
Kult.az xəbər verir ki, yeni layihədə filmin birinci hissəsində general Maksimus rolunu ifa edən Rassel Krou yer almayacaq.
Filmin çəkilişi ilə “Paramount Pikçers” studiyası məşğul olur. Ssenari müəllifi isə “Aclıq oyunları” trilogiyasının müəllifi Piter Kreyqdir.
Qeyd edək ki, “Qladiator” tarixi filmi 2000-ci iln mayında ekranlara çıxıb. Film 5 “Oskar” mükafatına layiq görülüb.