Biz ölüb gedəcəyik.

Gerçəkləri də özümüzlə aparmağa haqqımız yoxdur.

Adamların çoxu 1937-ci ildə Mikayıl Müşfiqlə xüsusi amansızlıqla rəftar edilməsinin səbəblərini heç cür anlaya bilmir. Buna aydınlıq gətirmək istəyirəm.

Bunu tarixçi-alim Ədalət Tahirzadə deyib.

Tarixçi bildirib:

“Müşfiqin bir binanın zirzəmisində diri-diri divara hörüldüyünü 2003-cü ildə mənə söyləyən dövlət qulluqçusu bunun bir neçə önəmli səbəbini sənədlərə istinadla mənə açıqlamışdı. Onlardan birini xalqa bəyan etmək indi məsləhət deyil. İkisi isə aşağıdakılardır:

Birincisi, Müşfiq indi “Nizami” metro stansiyasının yaxınlığında, “Azad qadın” heykəlinin solunda yerləşən orta məktəbdə müəllim işlədiyi zaman rayon maarif şöbəsinin inspektoru (adı bəllidir) onun dərsini dinləyir. Dərs vaxtı külək pəncərəni açır. Pəncərəyə yaxın oturmuş bir qıza Müşfiq pəncərəni örtməyi tapşırır. Qız örtür. Bir azdan külək yenə açır. Müşfiq ikinci dəfə də örtdürür. Ancaq pəncərə bir də açılır. Üzünü şagirdlərə tutan Müşfiq “Sovet hökumətinin pəncərəsi də belə olar” deyir. Dərsdə iştirak edən inspektor bunu əlüstü yazılı şəkildə NKVD-yə bildirir”.

İkincisi, Müşfiq “Azərnəşr”in ikinci mərtəbəsində yazıçı və şair dostları ilə söhbət edirmiş. Həmin qatda Stalinin yekə bir büstü varmış. Müşfiq hamının gözü qarşısında büstün başını şillələyir və deyir ki, vaxt gələcək, sənin boğazına tros salıb uçuracaqlar. Bunu eşidən “Azərnəşr”in məsul bir işçisi (adı bəllidir) tez NKVD-yə bu haqda məlumat yazır”.

Ədalət Tahirzadənin qənaətinə görə, mərhum şair Mikayıl Müşfiqə qarşı xüsusi amansızlığın səbəbini “Azərnəşr”dəki əhvalatda axtarmaq gərəkdir: “Onun Stalini camaat içində belə aşağılaması Stalinin nökəri Mircəfər Bağırovu hədsiz qəzəbləndirib və nəinki Müşfiqin özü cəzalandırılıb, hətta yoldaşı Dilbər də zindana atılıb və orada dəli olmaq dərəcəsinə çatdırılıb”.

Qeyd edək ki, tarixçi bundan əvvəl Mikayıl Müşfiqin Bakıdakı binalardan birinə diri-diri hörüldüyünü iddia etmişdi. O bu dəhşətli qətlin əmrinin dönəmin Azərbaycan Kommunist Partiyası MK-nın I katibi Mircəfər Bağırov tərəfindən verildiyini bildirmişdi.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti