12 Punto 14 Punto 16 Punto 18 Punto

Sizi incidən, ağrı verən və ya xəyanət edən hər kəs nə vaxtsa eyni problemlə üzləşir. Və bu, karma deyil. Bu, insan həyatının həqiqətidir. Biz hamımız əziyyət çəkirik. Bəlkə də bəziləri digərindən daha çox... İlk baxışda bunlar ədalətsiz görünür, amma həyat hər birimizi heç gözləmədiyimiz anda əziyyət çəkməyə məcbur edəcək.

Axar.az Publika.az-ın enerjinin qayıtması haqqında maraqlı faktları əhatə edən yazısını təqdim edir:

Ağır anlarda ən çətin şey ağıllı və təmkinli davranmaqdır. Əgər səbəbkar qarşı tərəfdirsə, biz intiqam hissinə susayırıq. Bizdə qarşı tərəfi eyni cavab atəşi ilə susdurmaq və ona daha çox zərər vermək istəyi güclənir. Səbirsizliklə həyatın onunla hesablaşacağı və ya onun öz cəzasının bədəlini ödəyəcəyi günün gəlməsini gözləyirik. Bu, baş vermədikdə biz depressiyaya düşürük. Sanki hər kəs bizə qarşıdır. Ancaq bu, zənn etdiyiniz kimi deyil.

Həyat gec-tez hər şeyi öz yerinə qoyacaq!

Günlərin bir günü ən pis vaxtda sizə qarşı etdiyi səhvlər onun özünə elə qayıdacaq ki, hətta nə baş verdiyini anlamayacaq. Bu, enerji haqqında sadə faktdır. Nə ötürürsünüzsə, o sizə geri qayıdır. Necə deyərlər, nə tökərsən aşına, o da çıxar qaşığına. Bunu təsadüf, karma və ya nə istəyirsiniz adlandıra bilərsiniz, amma nəticədə insan öz tökdüklərini yığır. O insan bir gün həm ailədə, həm işdə, həm də cəmiyyətdə layiq olduğunu alacaq. Və nəhayət ki, o özünü aciz, köməksiz, alçalmış və sındırılmış hiss edəcək, onda o, başqalarına yaşatdığı ağrının cəzasını çəkəcək.

Bilirsiniz, bu zaman onunla sizin aranızdakı fərq nədə olacaq?

Şəxsiyyətin yüksəlişi! Pis insanlar başqalarına ziyan vururlar, çünki onlar heç vaxt şəxsi təcrübələrindən dərs çıxarmır. Siz yaşadığınız ağrıdan düzgün nəticə çıxaracaq və böyüməyə davam edəcəksiniz. Onlar isə bununla necə başa çıxacaqlarını bilməyəcək. Siz hər nöqtəsi qırılmış harmoniyanızı bərpa edib küllərindən yenidən doğularkən onlar sınacaqlar.

Odur ki, narahat olmağa dəyməz.

Düşünməyin ki, sizi incidən insanlar heç vaxt o ağrını hiss etməyəcək. Kainatın sizə qarşı olduğu fikrini də dərhal başınızdan çıxarın. Sadəcə həyatın sizə göndərdiyi sınaqdan dərs alın. Dərd çəkin, ağlayın, “Hər şərdə bir xeyir var” və yaxud “Zərərin yarısından da qayıtmaq xeyirdir” məsəlini əldə rəhbər tutaraq, yaşadıqlarınıza müsbət tərəfdən baxmağa çalışın, sonra isə yüksəlin və sizə bilərəkdən şüurlu şəkildə zərər verən insanlarla birdəfəlik vidalaşın. İcazə verməyin ki, bu neqativ gələcək həyatınıza təsir etsin. Əmin olun ki, onlar da nə vaxtsa eyni problemlə üzləşir...

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti