1954-cü ildə Münhendə nəşr olunan “Abendzeytunq” qəzeti yazırdı:

 

“1954-cü il noyabrın 22-də bazar ertəsi günü Münhenin Alpenplate-6 meydanında Mikayıl İsmayılovun meyiti tapıldı. Meyit basdırıldıqdan sonra məlum oldu ki, əslində öldürülən “Azadlıq” radiosunun nüfuzlu işçisi Fətəlibəyli imiş”.

Silahdaşları tərəfindən Abo Düdənginski kimi tanınan Əbdürrəhman Əli oğlu Fətəlibəyli 1908-ci ilin iyun ayının 12-də Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində doğulub.

Fətəlibəyli hərbi piyada məktəbini bitirib, Azərbaycan diviziyasında zabit olub. 1935-1936-cı illərdə Moskva Hərbi Akademiyasına oxumağa göndərilib. Sovet zabiti kimi 1939-cu ildə Finlandiya müharibəsində iştirak edib, “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. Mayor rütbəsi alan Fətəlibəyli Leninqrad hərbi dairəsinin qərargahında xidmət edib, 6-cı şöbənin rəisi olub. 1940-cı ildə Sovet ordu hissələri Pribaltika respublikalarını işğal etdikdən sonra Riqada yerləşən hərbi qərargaha göndərilib. Lakin burada ikən almanlara əsir düşüb.

Bundan sonra Almaniya tərəfdən Azərbaycanın azadlığı uğrunda mübarizə aparan Fətəlibəyli legionerlərin komandanı olur, müharibə bitənə qədər aktiv fəaliyyət göstərir.

“Biz çar valilərinə, bolşevik əsirlərinə dözmədiyimiz kimi, hər hansı bir millətin hakimiyyətinə də dözməyəcəyik. Azərbaycanı azərbaycanlılar idarə etmiş və yenə onlar idarə edəcəkdir” deyən Fətəlibəyli müharibədən sonra bir il İtaliyada, iki ilə qədər Misirdə qalır, sonra Qərbi Almaniyaya gedir, bir ara Türkiyəyə gəlib bir neçə ay qaldıqdan sonra təkrar Münhenə qayıdır, orada yaşayır.

Müharibədən sonra Fətəlibəyli mücadiləsini davam etdirir. Ceyhun Hacıbəyli ilə birlikdə Münhendə “Azərbaycan” jurnalını çap edir. 1953-1954-cü illərdə “Azadlıq” radiosunun “Azərbaycan redaksiyası”na rəhbərlik edir. Fətəlibəylinin mətbu fəaliyyəti SSRİ-nin qəzəbinə səbəb olur, onu aradan götürmək üçün gizli plan hazırlanır. 1954-cü ilin noyabrın 20-də “Azadlıq” radiosunun “Azərbaycan” redaksiyasının baş redaktoru Fətəlibəyli Düdənginski Münhenin “Alpenplate-6” meydanındakı bir mənzildə qətlə yetirilir. Fətəlibəyli Münhen yaxınlığında Nyu-Ulm şəhərindəki qəbiristanlıqda qardaşı Seyfullanın məzarı yanında dəfn edilir. Onu öldürən Mikayıl İsmayılov Bakıda evində asılır…

***

Fətəlibəylinin öldürülməsi Azərbaycan mühacirəti üçün ağır itki olur. Haqqında yazılar yazılır, toplantılar keçirilir. Fətəlibəyli ilə bağlı Ramiz Abutalıbov, Cəmil Həsənli, Nəsiman Yaqublu tədqiqat aparıb, onun irsini bir araya gətiriblər.

Bu yaxınlarda Türkiyədə 1950-ci illərdə nəşr olunan “Torpaq” jurnalını tədqiq edərkən Fətəlibəyli haqqında kiçik bir yazıya rast gəldik. Yazıda mayor haqqında yeni bir bilgi olmasa da, qaynaq baxımından önəmlidir.

Həmin məqaləni dilimizə uyğunlaşdıraraq təqdim edirik:

***

R.Etem Hasdal

Şəhid mayor Fətəlibəyli

Son günlər nəşr olunan qəzetlərdən bir mücahidin, hürriyyət üçün savaşan bir zabitin şəhadətini oxuduq. Ölümü ən az onu sevən yaxınları qədər millətçi, vətənsevər kimsələri də üzdü.

Hərbi təhsilini Rusiyada alan Fətəlibəyli II Dünya müharibəsində əvvəlcə almanlara qarşı savaşdı. Fövqəladə zəkası və üstün qabiliyyəti ilə seçildi. Ruslar ona medallar verdi, rütbəsini mayorluğa yüksəltdilər. Bu rütbə və medallar gənc mayorun gözlərinə pərdə çəkmədi, onu özünə bənd edə bilmədi.

Birliyi ilə alman tərəfinə keçən Fətəlibəyliyə rütbəsi geri verildi. Mayor ruslara qarşı inandığı məqsəd uğrunda kinlə, hirslə savaşdı. Alman baş qərargahının verdiyi medallarla başı dönmədi. O, yüksələ bilmək üçün mənfəəti ayaqlarının altına almağı bacardı. Almanlara əsir düşən minlərlə azərbaycanlı soydaşının həyatını qurtardı.

Bir müddət türklərin yeganə azad qalası olan Türkiyəyə də gəldi. İman yüksəkliyi, şücaət, əzm və vətənsevərlik duyğusu Fətəlibəylini dik saxlamışdı.

Almaniyaya gedən bu əsilzadə türk övladı orada Moskva zülmü altında inləyən türklərin salamatlığı üçün çalışmağa başladı. Fəqət gördüyü işlər, nəhayət, Moskvanı narahat etməyə başladı, onu şəhid etdilər.

Onun ölümü ilə arxasınca qaçdığı və müqəddəs hesab etdiyi qayələr əsla nə yavaşlayacaq, nə də zənn etdikləri kimi maddi varlığı kimi aradan götürüləcəkdir. Fətəlibəylinin ölümü bu qayə uğruna çalışanlara yepyeni bir sürət qazandıracaq və adı eynilə Qafqaz qartalı Şeyx Şamil, Hacı Muradınkı kimi bayraqlaşacaqdır.

O, bu amal uğrunda savaşdı, mücadilə etdi, vətəni uğrunda ən ali mərtəbəyə çatdı.

Böyük Atatürkün dediyini bu əziz varlığa ithaf edərək desək, bilmirəm, nə qədər haqlıyıq: “Türk milləti elə bir millətdir ki, içindən minlərlə qəhrəman çıxarmağa qadirdir”.

Fətəlibəyli də onlardan biridir.

Nur içində yat, Fətəlibəyli! Çatmaq istədiyin, getçəkləşməsini arzuladığın gec-tez olacaqdır. Moskva zülmündən qurtulub azad olacaq qardaşların səni minnətdarlıqla yad edəcəklər...

“Torpaq” jurnalı, 2-ci say, 1955

23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
30 Oktyabr 2024 Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?
28 Oktyabr 2024 Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb - Psixoloq nə deyir?
17 Oktyabr 2024 Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
16 Oktyabr 2024 Alimlər Marsda sirli strukturlar tapdı
16 Oktyabr 2024 Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
15 Oktyabr 2024 Alimlərindən xəbərdarlıq: Süni intellekt öldürə bilir
14 Oktyabr 2024 Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ
14 Oktyabr 2024 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
14 Oktyabr 2024 Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş? - FOTO
10 Oktyabr 2024 Quyruq yağını bol-bol yeyin, çünki...
07 Oktyabr 2024 Azərbaycanın neçə kəndində internet yoxdur? - Rəsmi açıqlama
03 Oktyabr 2024 Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Xəbər lenti