|
Noyabrın 23-dən 27-dək Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin layihəsi əsasında Bakıda IV Türk film həftəsi keçiriləcək.
Layihənin Bakı koordinatoru Şəhla Aslanın Kult.az-a verdiyi məlumata görə, layihə çərçivəsində 5 türk filmi beş gün ərzində 9 dəfə izləyicilərə pulsuz təqdim olunacaq.
Filmlərin nümayişindən sonra türkiyəli rejissorlarla, filmdə rol almış aktyorlarla izləyicilərin görüşü təşkil olunacaq.
Qeyd edək ki, film həftəsinin ilk günü - noyabrın 23-ü, saat 20:00-da Nizami Kino Mərkəzində "Güllər" filminin qala-gecəsi reallaşacaq.