|
Gənc Vətəndaş İctimai Birliyi yeni sosial layihəyə start verib.
Bu barədə Kult.az-a Gənc Vətəndaş İB-dən məlumat verilib. Bildirilib ki, “Atalar və Qızlar” adlı layihədə hər kəs iştirak edə bilər:
“İştirak etmək istəyənlər qızlarına kitab oxuyarkən şəklini və qısa videosunu çəkib, “Gənc Vətəndaş”ın Feysbuk səhifəsinin şərh bölümünə yerləşdirməlidir”.
Birlik 8 martda ataların qızları ilə birlikdə səhər yeməyinə dəvət ediləcəyini, göndərilən videolardan hazırlanmış rolikin nümayiş etdiriləcəyini bildirib.