Zökəm (rinit) soyuqdəymə və qripin ən birinci əmələ gələn simptomlarındandır.

Zökəmin müalicəsi zamanı etdiyimiz bəzi səhvlər müxtəlif ağırlaşmalara yol aça bilər.

Axar.az Sağlamolun.az-a istinadən zökəmin müalicəsi ilə bağlı olan vacib məlumatları təqdim edir:

1. Damardaraldıcı burun damcılarından uzun müddət ərzində istifadə etmək olmaz!

Bu damcılar 5 gündən çox istifadə olunmamalıdır. Əks halda bu yerli immunitetin pozulmasına, iybilmənin azalmasına, burun damcılara öyrəşməsinə səbəb ola bilər.

2. Zökəmi müalicə etmək lazımdır!

Bəzən insanlar zökəmi müalicə etmir. Lakin bu da səhvdir. Müalicə olunmadıqda zökəm sinusitlər, haymorit kimi ağırlaşmaların inkişafına səbəb ola bilər.

3. Xalq təbabəti vasitələr ziyan vura bilər!

Mütəxəssislər zökəm zamanı soğan şirəsi və s. bu kimi yandırıcı vasitələrdən istifadə etməməyə çağırır. Bu vasitələr burunun selikli qişasını yandırır, iybilmə reseptorlarına ziyan vurur, burunun faydalı mikroflorasını öldürür.

4. Zökəm zamanı burunu isitməyin!

Zökəm zamanı burunun qrelka və s. ilə qızdırmaq olmaz. Bu iltihabı daha da artırır, patogen orqanizmlərin çoxalmasına səbəb olur.

5. Antibiotiklərdən istifadə etmək olmaz!

Soyuqdəymə və qripp zamanı antibiotiklərdən istifadə olunmur. Soyuqdəymə və qrippin səbəbi müxtəlif viruslardır ki, onlara antibiotiklər təsir etmir. Antibiotiklər yalnız bakterial infeksiyalara qarşı istifadə olunur.

İstənilən halda antibiotikləri yalnız həkim lazım olan müayinələrdən sonra təyin edə bilər. Özünə müstəqil şəkildə antibiotik "təyin edən" insan öz sağlamlığını və hətta həyatını təhlükə altına atır. Bütün dünyada bakteriyaların antibiotiklərə qarşı həssaslığının azalması ciddi problemə çevrilib. Alimlərin fikrinə görə, gələcəkdə bu çox ciddi fəsadlara səbəb ola bilər.

6. Parça burun dəsmallarından istifadə etməyin!

Zökəm zamanı yalnız birdəfəlik kağız burun dəmallarından istifadə edin. Parça burun dəsmallarında mikroblar yığılır və dəsmallar nəticədə infeksiya mənbəyinə çevrilir.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti