30 ildən çoxdur diabet xəstəsiyəm.

Ötən il də ürəyimdən əməliyyat olunmuşam. Həkimlər çox gəzməyi məsləhət görsələr də, buna imkanım, vaxtım olmur. İndi özümü normal hiss edirəm. 80 yaşım var və bu, az ömür deyil. Ancaq bir istəyim odur ki, Allah mənə 5 il, çox səxavətlidirsə, 10 il ömür versin ki, planlarımı həyata keçirim.

Kult.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “Tibb qəzeti”nə səhhəti, yaradıcılığı ilə bağlı geniş müsahibə verərkən bildirib.

Yazıçının sözlərinə görə, bir vaxtlar işlətdiyi ifadə ilə gənc yazarların xətrinə dəydiyi üçün bu onu narahat edib:

“Bir dəfə demişdim ki, əgər 60-cı illər ədəbiyyatın qızıl dövrü idisə, indi “qızılca” dövrüdür. Gənclər bu sözümdən incimişdilər. Qəbul edirəm ki, bu, bir az ifrat sözdür və mən bu sözün arxasından qaçıram. Çünki gənclər arasında çox istedadlı yazıçılar, şairlər, nasirlər də var. Amma hələ 60-cı illərdə yaranan ədəbiyyat səviyyəsində əsərlər yazılmayıb”.

Xalq yazıçısı təəssüflə bildirib ki, bu gün cəmiyyətin əsas fiqurları ziyalılar yox, şou ulduzlarıdır. İndi müğənnilər yazıçıdan, şairdən çox qazanır:

“Bir zamanlar ən populyar, ən imkanlı adamlar şairlər, yazıçılar, alimlər idi. Çünki əsərlərimizə görə yüksək qonorar alırdıq. İndi Yazıçılar Birliyinin bütün üzvlərinin qazandığından daha artığını hansısa bir müğənni cəmi bir ayda toyda qazanır. Televiziyalar da həmin müğənniləri, dedi-qodu edənləri təbliğ edir, ədəbiyyatı yox. İnsanların marağını belə şeylərə yönəldirlər. Bu, xalqın əxlaqını pozur, bayağılığa alışdırır, mənəvi aşınma gedir. Əvvəllər ziyalı sözü dəyərli idi. Bu gün elə deyil”.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti