|
Yaponiyanın “Nissan” şirkəti Fransanın “Reno” şirkətiylə alyans yarada bilər.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın “Kyodo” qəzeti yayıb.
Qeyd edək ki, “Reno” “Nissan”nın səhmlərinin 43,4%-nə sahibdir. “Nissan” isə “Reno”da səhmlərin 15%-nə nəzarət edir, amma buna rəğmən yapon şirkətinin burada heç bir səsvermə haqqı yoxdur.
Bir müddət öncə “Nissan”ın rəhbəri Karlos Qon həbs edilib. Onun həbsi “Nissan”ın səhmlərinin ucuzlaşmasına səbəb olub.