|
10 yaşlı Əlinin yeriyə bilməsi üçün dəstəyinizə ehtiyacı var.
Bu barədə Axar.az-a Əlinin yaxın qohumları məlumat verib.
“Əli 2 il öncə gecə saatlarında yatağından yıxılaraq ağır kəllə-beyin travması alıb və koma vəziyyətinə düşüb. 15 gün yaşadığı koma vəziyyətindən həkimlərin gərgin səyləri və keçirdikləri uğurlu əməliyyat sayəsində ayılıb, lakin gəzmə qabiliyyəti məhdudlaşıb. İki il həm ölkə daxilində, həm də xaricdə davam edən reabilitasiya və fizioterapiya kursları sayəsində Əlinin sağlamlıq durumunda əhəmiyyətli irəliləyişlər əldə olunub. Həkimlər onun gəzmək qabiliyyətinin bərpa oluna biləcəyini deyirlər. Bunun üçün isə bu gün reabilitasiya proqramlarının daha da aktivləşdirilməsi vacib şərtdir”.
Məlumata görə, Əli istedadlı şahmatçıdır və onun ən böyük arzularından biri şahmat üzrə qrossmeyster adını qazanmaqdır.
Əliyə yardım etmək üçün BURA daxil ola bilərsiniz.