|
Xalq artisti Azərin Azərbaycanda da maraqla izlənən “Savaşçı” serialında rol alıb.
Publika.az xəbər verir ki, Türkiyə istehsalı olan serialın dünənki bölümündə müğənni Azərin “Çırpınırdı Qara dəniz” mahnısını ifa edib. Mahnının son misralarına dəyişiklik edən müğənni ifa ənənəsinə sadiq qalaraq, “Türkün şanlı bayrağını Qarabağda asacağıq” deyə oxuyub.
Xatırladaq ki, serialda azərbaycanlı kinorejissor Kənan MM də çəkilir. Aktyor filmdə türk ordusunda xidmət edən azərbaycanlı zabit rolunu canlandırır.