1919-cu ildə türk millətini başsız buraxmaq və işğalçılıq niyyətlərini daha asan həyata keçirmək üçün İstanbulu nəzarətdə saxlayan ingilislər türk elitasını - milli düşüncəyə malik dövlət adamlarını, millət vəkillərini, tanınmış ictimai-siyasi xadimləri, ziyalıları, hərbçiləri və s. təcrid edib Aralıq dənizindəki Malta adasına aparmışdılar.

 

Kult.az xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev qeyd edib. O bildirib ki, həmin dövrdə sürgünə göndərilənlərdən biri də Əhməd bəy Ağaoğlu idi:

“Sürgün həyatını müxtəlif şəxslər müxtəlif şəkildə keçirirdilər. Aralarında elələri vardı ki, villa tutub xidmətçilərin əhatəsində əvvəlki həyatlarını davam etdirirdilər. Pulları nisbətən az olanlar otellərə yerləşmişdilər. Əhməd Ağaoğlu kimi imkansız adamlar isə Poliverista qəsrinin nəm zirzəmilərində yaşamalı, ingilislərin cirə ilə verdiyi vaxtı keçmiş konservlərlə qidalanmalı olurdular. Bu haqsızlığa qarşı birinci səsini qaldıran Əhməd bəy oldu. İngilis generalının yanına qədər gedib çıxdı, Britaniya Forin Ofisinə onlarla məktub göndərdi. Haqlı tələblər qarşısında deməyə bir söz tapmayan ingilis personalı məcbur qalaraq ərzaq təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdırmalı oldu.

Əhməd bəy bu münasibətlə yazırdı:

“Daim haqqını axtaran şəxs möhtərəmdir. Hörmətə layiq olmaq üçün həqiqətən möhtərəm olmalısan. Təəssüf ki, biz şərqlilər bu həqiqəti dərk edə bilməmişik. Məsələn, bizlər məmləkətin seçilən adamlarıyıq, belə olduğu halda maddi qüvvətə qarşı anlaşılmaz bir itaət göstərməkdəyik. Haqq və hüquq axtarmaq kimsənin ağlına belə gəlmir. Haqsızlıqlara baş əyməklə, səs çıxarmadan haqqımızın bizə təslim ediləcəyini zənn edirik. Bu, bəlkə də bizim kimi özbaşına rəftara öyrəşən mühitlər üçün doğrudur. Fəqət, bütün Avropa, ələlxüsus, ingilis nöqteyi-nəzərindən bu təsəvvür həqiqətə uyğun deyil. Avropalılar zülm və cəfaya qarşı verilənə qane olmağı, nalə və əfqanı, mərhəmət dilənməyi ən az hörmətə layiq zəiflik sayarlar. Belə zəiflik göstərənləri alçalmağa layiq görərlər. Onların halına qətiyyən üzülməzlər. Əksinə, haqsızlığa qarşı qəlblərində üsyan və həyəcan duyanları, haqqı müdafiə edənləri möhtərəm tutarlar. Hətta onları şiddətlə cəzalandırsalar belə, yenə ürəklərində hörmət edərlər. Təəssüf ki, biz hələ də Avropanın bu ibtidai ruhi hissiyyatını analaya bilmədik. Miskinliklə ingilis və fransızların mərhəmət və şəfqətlərini istəməyə başlamışıq. Padşahdan başlayaraq, bizlərə qədər üstün tutduq və qarşılığında mərhəmət yerinə şiddət, şəfqət yerinə həqarət gördük”.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti