SSRİ nümayəndə heyətinin 1943-cü ildə Tehran konfransında təhlükəsizliyinin və işinin təminatı üçün görülən tədbirlər sistemi Sovet rəhbərliyi tərəfindən şərti olaraq “30-cu istiqamət” adını almışdı.

 

Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiya Federal Mühafizə Xidmətinin direktorunun müşaviri Sergey Devyatov deyib. Onun sözlərinə görə, həmin konfrans zamanı məxfilik rejimi inanılmaz dərəcədə yüksək idi:

“Əgər dəqiq olsaq, “Tehran-43” sadəcə filmin adıdır. Əgər sistemi götürsək, o zaman xüsusi xidmət orqanları, özəlliklə də dövlət mühafizə xəttinin vasitəsilə görülən tədbirlər Kremldə “30-cu istiqamət” adını alıb. Bu adın haradan götürüldüyü bəlli deyil. Yalta konfransı zamanı “Vadi”, Potsdam konfransı zamanı “Palma” əməliyyatları kimi, onun da yaranma tarixi bəlli deyil.

Deyə bilərəm ki, hətta Stalinin Tehran səfərinə hazırlıqla bağlı sənədlər belə insanı heyrətləndirir. 6-cı idarədən olan sınaqdan keçirilən makinaçılar bu və ya digər tədbirin hazırlığı ilə bağlı əmrlər mətni hazırlayırdılar. Onlar coğrafi adlar, səfər edəcək şəxslərin soyadları və saylarından başqa hər şeyi çap edirdilər. Bütün çatışmazlıqlar sonra yüksək zabitlərin əli ilə yazılırdı”.

Qeyd edək ki, Tehran konfransının keçirilməsinin 75 ili tamam olur. Bu konfransda SSRİ, ABŞ və Britaniya rəhbərləri – Stalin, Ruzvelt və Çörçill Tehranda bir araya gəlib. Bunun nəticəsində Hitler Almaniyasının yekun məhvinə və dünyanın müharibədən sonrakı nizamına dair konkret planlar hazırlanıb və tətbiq edilib.

Bu konfransa dair əməliyyatlar “Tehran-43” filmi ilə məşhurlaşıb. Bu filmin çəkilişlərinin böyük əksəriyyəti Bakıda həyata keçirilib. Filmdə sovet xüsusi xidmət orqanlarının Hitlerin üç ölkənin liderinə qarşı sui-qəsd planlarını məhv etməsi əksini tapıb.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti