Babəki həbs edən Əbu-Sac daha sonra Azərbaycanda yaranan Sacilər xanədanlığının (879-941) ilk nümayəndəsi olub.

 

Kult.az xəbər verir ki, bu barədə tanınmış tarixçi Əkbər Nəcəf qeyd edib. O bildirib ki, orta əsr tarixçisi Təbəri “Tarix ər-Rəsul” əsərində Xilafət İmperiyasına qarşı 20 il mübarizə aparan qüdrətli Azərbaycan sərkərdəsi Babəkin həbsi ilə bağlı müfəssəl məlumat verib:

“Afşinin əmrindəki ordular iki illik müharibədən sonra Bəzz şəhərini ələ keçirdikdə çıxış yolu qalmayan Babək bir müddətdir məktublaşdığı Bizans imperatorunun himayəsinə sığınmaq məqsədilə Bəzzdə dəhşətli küçə döyüşlərinin davam etdiyi bir vaxtda qarışıqlıqdan istifadə edib, qaçmağa nail oldu.

Döyüşləri sona çatdırıb, Babəkin qaçdığını öyrənən Afşin Əbu-Sacın əmrindəki 400-500 nəfərlik dəstəni onun ardınca göndərdi. Əbu-Sac Ərməniyyə ərazisində Babəkə çatıb, girdiyi döyüşdə onu tuta bilmədi. Lakin qardaşını, anasını, arvadını və əmirlərindən Müaviyəni əsir alıb Afşinə göndərdi.

Bundan sonra Babəkin təqibinə davam edən Əbu-Sac, nəhayət, 837-ci il sentyabrın 15-də Babəki həbs etdi və qiymətli əsiri ilə bərabər Bərzənddə ordugahında oturan Afşinin yanına gəldi”.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti