12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər ölkədə valideynlər tərəfindən uşaqların müxtəlif idman növlərinə qoyulması halları artıb. Ölkədə idmana dövlət səviyyəsində qayğı göztərilməsi ailələri buna daha da həvəsləndirir.

Lakin bəzən uşağın yaşı nəzərə alınmadan və onun fiziki göstəricilərinə uyğun olmadan seçilən idman uşağa xeyirdən çox ziyan vermiş olur. Bu da hələ sümüklərin inkişaf mərhələsində olduğu bir yaşda uşaqda qalıcı fiziki qüsura və daha ağır problemlərə səbəb ola bilir.

Maraqlıdır, uşaqların idmanla məşğul olmaq üçün ən ideal yaş dövrü hansıdır?

Bu barədə Axar.az-a danışan pediatr Altay Abdullaoğlu bildirib ki, valideynlər uşaqları yaş qruplarına və sağlamlıq vəziyyətlərinə uyğun olan idman növünə yönəltməlidirlər:

“İdman uşaqların həyatında çox önəmli məşğuliyyətlərdəndir. İdmanla məşğul olmaq uşaqların özgüvənlərini artırır, fiziki və ruhi inkişafına, sosial fəallığına çox faydalı təsir edir. Piylənmə də daxil olmaqla, bir çox xəstəliklərin əmələ gəlməsinin qarşısını alır.

Valideynlərin uşaqları yaş qruplarına və sağlamlıq vəziyyətlərinə uyğun olan idman növünə yönəltməsi vacibdir. Çünki uşaqlıq dövründə sümüklər, ürək əzələsi tam formalaşmır. Uşaqlıq dövründə edilən idmanlara ümumi inkişafetdirici hərəkətlər, rəqs, yeriş, qaçış və s aiddir.

Məsələn, 2-3 yaşı olan uşaqlar gimnastika, rəqs, qaçışla məşğul ola, nəzarət altında üzə bilərlər. Ancaq daha ağır, yorucu və riskli idmanlar həmin yaş üçün təhlükəlidir”.

Pediatr bildirib ki, 4 yaşdan yuxarı uşaqları velosiped sürmək, üzgüçülük, rəqs, nisbətən yuxarı yaşlarda, 8 və 9 yaşlarında isə voleybol, basketbol, tennis, üzgüçük kimi idman növlərinə istiqamətləndirmək olar:

“Lakin bu yaş göstəriciləri sadəcə göstərişdir. Təbii ki, uşaqları istənilən yaşda idmana yönəltmək olar. Sadəcə bu yaşlar arzuolunan və ideal vaxtlardır. Uşaqda hər hansısa fiziki qüsurun qalmaması, sümüklərinin kövrəkləşməməsi üçün bu yaş senzinə diqqət edilməlidir”.

Həkim bildirib ki, müasir dövrün uşaqlarını idmana yönəltmk isə mütləq və vacibdir. Çünki kompüter əsrinin uşaqları daha çox hərəkətsiz həyat keçirdiklərindən, idmana vaxt ayırmaq onların inkişafına daha yaxşı təsir edəcək:

“Hərəkətsiz yaşam, düzgün olmayan qidalanma, saatlarla televizorun qarşısında vaxt keçirtmək uşaqlarda bir sıra xroniki xəstəliklərin təməlini qoyur. Düzgün verilən fiziki tərbiyə, idmana ayrılan zaman uşaq və yeniyetmələrin hərtərəfli inkişafında öz müsbət təsirini göstərəcək”.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti