|
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi yeni təbliğat strategiyası çərçivəsində “Turkey Home” kampaniyası ətrafında formalaşan şüar və təxminən 18 ildir istifadə olunan “lalə” fiqurlu Türkiyə loqosunu dəyişdirmək üçün 2019-cu ilin yanvar ayında tender elan edəcək.
Kult.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoyun göstərişi ilə işlərə start verilib.
Məlumata görə, tender yanvarın 8-də Almaniyanın paytaxtı Berlin şəhərində başladılacaq.