|
Bəşəriyyət üçün potensial təhlükə hesab edilən viruslar müəyyən edilib.
Sputnik.az xəbər verir ki, alimlər geniş əhatəli pandemiyaya səbəb ola biləcək potensial təhlükə mənbəyi hesab edilən virusları aşkarlayıb. Onların hamısı "zoonozlar" kateqoriyasına aiddir və heyvanlardan insanlara keçir. Hazırda 100 -ə yaxın belə infeksiya məlumdur. Onlar arasında Ebola qızdırması, sibir yarası, ensefalit, borellioz və digərləri var. Hesab edilir ki, QİÇS belə insanlara heyvanlardan-meymunlardan keçib. Mütəxəssislər hesab edir ki, yaxın zamanlarda xəstəliklərin siyahısı genişlənəcək. Viruslar mutasiyaya uğrayır və yeni qurbanları üçün daha da təhlükəli olmağa başlayır.
Onların müəyyən edilmiş ümumi xüsusiyyətləri -qaraciyərə, mərkəzi sinir sisteminə və tənəffüs yollarına nüfuz etmə, primatlara yoluxma qabiliyyəti, qoruyucu lipid membranın olmamasıdır.
Yeni üsulla mütəxəssislər bəşəriyyətə təsir edəcək virusların 84 faizini müəyyən edə bilib.
Eyni zamanda alimlər insanlar arasında yayılmayan 47 faiz təhlükəli virusları müəyyən edə bilib. Gələcək pandemiyalardan Carnivore amdparvovirus 1 (mədə bağırsaq və qan dövranı sisteminə təsir edir)Hendra virusu (respirator və nevroloji pozuntu), cardiovirus A, Rosavirus A, HTLV-3, HTLV-4 və Simian Foamy adları açıqlanıb.