|
Tarixçi alim Ədalət Tahirzadə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Mircəfər Bağırovun əməllərini sübuta yetirən sənədin fotosunu yayıb.
Kult.az xəbər verir ki, tarixçi Mircəfər Bağırovun Azərbaycan vətəndaşlarına qarşı repressiya siyasəti apardığını bildirərək, onu dəstəkləyənləri tənqid edib:
“Mircəfər Bağırov 9 iyul 1937-ci ildə SSRİ rəhbəri Stalinə məktub göndərərək, minlərlə insanın tutulub məhv edilməsinə icazə istəyir!”