|
“Bu şəhərdə” komandası Coşqun Rəhimovun səhhəti ilə bağlı yayılan məlumatlara sərt reaksiya verib.
Kult.az xəbər verir ki, komandanın yaydığı açıqlamada 8 dekabrda “Bu şəhərdə”nin Tiflisdə konsert verəcəyi xatırladılıb və konsert ərəfəsində C.Rəhimov haqda yayılan şayiələr təkzib edilib.
Bu şayiələri yayanlara ağır sözlər ünvanlanan açıqlamada C.Rəhimovun səhhətinin yaxşı olduğu, hər şeyin qaydasında getdiyi və konsertə hazırlaşdıqları bildirilib.
Açıqlamaya C.Rəhimovun video-müraciəti də əlavə olunub.