|
Məşhur “Quenn” qrupunun səsləndirdiyi “Bohemiya rapsodiyası” (Bohemian Rhapsody) mahnısı XX əsrin ən çox qulaq asılan mahnısı olub.
Kult.az xəbər verir ki, bu barədə “Universal Music Group” mediaholdinqi məlumat yayıb.
Mediaholdinqin versiyasına görə, sözügedən mahnı 1.5 milyarddan çox dinlənilib.
Qeyd edək ki, “Bohemiya rapsodiyası” əfsanəvi musiqiçi Freddi Merkuri tərəfindən bəstələnib. Mahnı qeyri-adi musiqi forması ilə fərqlənir və 4 müxtəlif stili var: a-kapella, ballada, opera və rok.
Əsər 1975, 1992 və 2018-ci illərdə Bilbord versiyası üzrə Hot-100-ə daxil olub.