Dekabrın 14-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş “Mixaylo, qəhrəmanlığını qürurla anırıq” adlı tədbir keçirilib.

 

Kult.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı Prezidenti İlham Əliyevin Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətindən danışıb. Mixaylonun İkinci Dünya müharibəsi dövründə partizan hərəkatında göstərdiyi misilsiz şücaətlərindən danışan akademik yetişməkdə olan gənc nəslin Vətən, torpaq sevgisini əməllərində və qəlblərində yaşatmaları üçün Mehdi kimi qəhrəmanları onlara örnək göstərməyi özünə borc bildiyini qeyd edib.

N.Vəlixanlı bu gün nümayiş olunan əşyaların bir qisminin M.Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilən zaman muzeyə təhvil verildiyini deyib. Bildirib ki, həmin əşyaların arasında M.Hüseynzadənin gödəkçəsi, çəkdiyi şəkillər, fırçası, Mehdiyə məxsus sənədlər olub.

Milli Məclisin deputatı Şəmsəddin Hacıyev M.Hüseynzadənin əsirlik həyatından, keçdiyi döyüş yolundan danışıb, yetişməkdə olan gənc nəsli Mixaylo kimi qəhrəmanlardan nümunə götürməyə çağırıb.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında M.Hüseynzadənin mühafizə olunan rəsm və eskizləri, qəhrəmanın incəsənət duyumu, fitri istedadı barədə iştirakçılara məlumat verib.

Daha sonra tədbirə dəvət olunan qəhrəmanın bacısı oğlu Mehdi Əzizbəyov çıxış edərək, M.Hüseynzadənin xatirəsini yad etdiklərinə görə muzeyin rəhbərliyinə və qonaqlara öz təşəkkürünü bildirib.

Tədbir iştirakçıları M.Hüseynzadənin muzeydə qorunan şəxsi əşyalarından ibarət sərgi və Azərbaycan hərb sənətinə aid nəşrlərlə tanış olublar.

Sərgidə diqqəti çəkən həm də Mehdi Hüseynzadənin əlyazmasında qorunan məktublar olub. Məktublardan biri 1941-cü ilin dekabrında, Tiflisdən yazılıb. Məktubun latın əlifbasında olması, Mixaylonun göndərilən 50 manat pula görə ailəsinə (Sevindim ki, ünvanımı bilirsiniz, pis oldum ki, sizdən kim pul istəyir...) müraciəti, müharibə “iyi”nin hələ ora çatmaması həm də həmin dövrü təsəvvür etmək baxımından maraqlıdır.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti