2018.06.11, 07:00

Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin ölümündən sonra onun yerinə oğlu Şeyx Sədrəddin Musa keçdi. Onun vəfatından sonra isə mürşidlik vəzifəsini Xoca Əli üzərinə götürdü.

 

Kult.az xəbər verir ki, bu barədə tarixçi Namiq Musalının, müəllifi naməlum qalan “Tarix-i Aləmarayi Şah İsmayıl” əsəri əsasında yazdığı “Şah İsmayılın hakimiyyəti” kitabında bəhs olunub. O, kitabında bütün dövrlərin ən qüdrətli hökmdarlarından olan Əmir Teymurun Səfəvilər sülaləsinin nümayəndəsi Xoca Əliyə olan hörməti və onların görüşü ilə bağlı bəzi faktları açıqlayıb:

“Sultan Xoca Əli elə bir səviyyəyə çatmışdı ki, dindarlıqda və dürüstlükdə, riyazi və ilahi elmləri bilməkdə dünyanın ən qabaqcıl adamı olmuşdu. Onun zamanında çoxlu müridlər yetişmişdi. Adamlar ondan neçə-neçə möcüzələr və kamilliklər müşahidə etmişdilər və onun sadiq müridlərinə çevrilmişdilər.

Xoca Əlinin Əmir Teymurla yaxşı münasibəti olub və onlar üç dəfə (Ceyhun çayı kənarında, Dizfulda və Ərdəbildə) görüşüblər. Onun zamanında təriqətin şöhrəti o qədər artmışdı ki, ariflərə və şeyxlərə ehtiramı ilə seçilən Əmir Teymur “Rum qeysəri” üzərindəki qələbədən (1402-ci ildə Əmir Teymurla Osmanlı sultanı İldırım Bəyazid arasında baş vermiş Ankara vuruşması nəzərdə tutulur - N.M.) sonra Anadoludan qayıdarkən Ərdəbildə Xoca Əli ilə görüşüb, burada “Həzrət Şeyx Səfi övladına və onun astanasına vəqf olaraq” torpaqlar bağışlayıb. Onun fərmanına əsasən, Ərdəbildəki Səfəviyyə xanəgahı müqəddəs yer elan edilmişdi.

Teymur həmçinin şeyxin xahişi ilə Anadoludan gətirdiyi minlərlə əsiri azad etmişdi. Azadlığa çıxanların hamısı Şeyx Səfi ocağının müridlərinə çevrildi, bir qismi Sultan Xoca Əlinin xidmətində qaldı, qalanları isə öz vətənlərinə getdilər”.

Xoca Əlinin kəramətləri və söhbətləri Əmir Teymurda dərin iz buraxmışdı. Öz mürşidliyi dövründə (1392-1429) təriqəti xeyli gücləndirən Xoca Əli ömrünün sonlarında oğlu ilə birlikdə həcc ziyarətinə gedib, geri qayıdarkən Qüdsdə vəfat edib və orada dəfn olunub.

23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
30 Oktyabr 2024 Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?
28 Oktyabr 2024 Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb - Psixoloq nə deyir?
17 Oktyabr 2024 Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
16 Oktyabr 2024 Alimlər Marsda sirli strukturlar tapdı
16 Oktyabr 2024 Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
15 Oktyabr 2024 Alimlərindən xəbərdarlıq: Süni intellekt öldürə bilir
14 Oktyabr 2024 Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ
14 Oktyabr 2024 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
14 Oktyabr 2024 Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş? - FOTO
10 Oktyabr 2024 Quyruq yağını bol-bol yeyin, çünki...
07 Oktyabr 2024 Azərbaycanın neçə kəndində internet yoxdur? - Rəsmi açıqlama
03 Oktyabr 2024 Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Xəbər lenti