Böyük Britaniyanın paytaxtı Londonda 111 illik tarixə malik "Olimpiya London Beynəlxalq Atçılıq Şousu” təşkil edilib.

Report xəbər verir ki, dekabr ayının 17-dən 23-dək davam edən şouda Azərbaycan təmsilçiləri də iştirak edib.

Azər Həmzəyevin rəhbərlik etdiyi Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində çıxışları "BBS red button” telekanalında canlı nümayiş etdirilib, atçılıq həvəskarı olan sosial şəbəkə istifadəçilərinin və ixtisaslaşmış informasiya resurslarının əsas mövzusuna çevrilib.

Böyük Britaniya kral ailəsi üzvlərinin mütləq iştirakı ilə keçirilən "Olimpiya London Beynəlxalq Atçılıq Şousu”nda 7 mindən çox tamaşaçının günün birinci və ikinci yarısında 2 dəfə izlədiyi "Od­lar Yurdu Azərbaycan və Qarabağ atları” adlı şou proqram hər kəsin marağına səbəb olub.

Tədbirin rəsmi internet səhifəsi olan "www.olimpiahor­seshow.com” saytında Azərbaycan atçılarının "Odlar Yurdu Azərbaycan və Qarabağ atları” adlı şou proqramı təqdim olunub.

Qeyd edək ki, 2018-ci ilin may ayında keçirilmiş bu cür sonuncu tədbirdə Böyük Britaniya Kraliçasının məhz Qarabağ atlarının çıxışını izləmək üçün bir neçə dəfə tədbirə təşrif buyurması milli at cinslərinin tanıdılması üzrə həyata keçirilən fəaliyyətin uğurlu nəticəsi olmaqla yanaşı, həm də Qarabağın Azərbaycanın əzəli və ayrılmaz hissəsi olmasının düşüncələrə həkk edilməsi baxımından ciddi əhəmiyyət kəsb edir.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti