|
Qazaxıstanın Gənclik Məclisinin qadın deputatı və model Dinaqul Tasova “Fashion Night Astana” (Astana gecəsinin dəbi) şousundakı açıq-saçıq geyimindən dolayı döyülüb.
Kult.az xəbər verir ki, bu barədə model özü İnstaqram səhifəsində məlumat yayıb. O bildirib ki, həmin şou nümayişindən sonra o, kəskin tənqid obyektinə çevrilib və şikayətlə İnstaqram hesabı silinib.
Tasovanın sözlərinə görə, hətta yaxın insan tərəfindən zorakılığa məruz qalıb:
“Fiziki yaralar mənəvi yaralarla müqayisəyə gəlməz. Mən qərara gəldim ki, bu barədə susmaq olmaz. Heç kim müdafiəsiz, gücsüz birinə əl qaldırmamalıdır”.