|
Stilist Anar Ağakişiyev növbəti dəfə maraqlı əl işi ilə gündəmə gəlib.
Kult.az xəbər verir ki, stilist 2 yaşında faciəyə uğramış Solmaz adlı qadını makiyaj edib. İnstaqram hesabında üzü yanmış qadının makiyajdan əvvəl və sonra görüntülərini paylaşan Anar Ağakişiyev qadının öz üz cizgilərini unutduğunu bildirib:
“Tam təsadüfən dünən Türkiyənin möhtəşəm bəstəkarı Toyqar İşıqlının "Rənglərimi oğurladınız” kompoziyasına qulaq asırdım. Bir neçə gün əvvəl isə 2 yaşında faciəyə uğramış Solmaz xanım mənə müraciət etdi. Onun üz cizgiləri yadına gəlmir, hətta xatırlaması üçün uşaqlıq şəkilləri belə yoxdur. Şükür ki, artıq hər şey yaxşıdır. Lakin o, hər zaman özünə "Niyə mən? Niyə axı bu baş verməli idi?" sualını verir. Gəlin, Yeni il ərəfəsində ona dəstək olaq və bizim dünyamız qədər gözəl olduğunu söyləyək. Hər yaşadığımız günə görə isə Tanrıya şükür edək”.