|
Çinin “Xiaomi” şirkəti 1005 smartfondan ibarət Yeni il yolkasının mozaikasını hazırlayıb.
Axar.az xəbər verir ki, yolka yeni “Xiaomi Play” smartfonundan hazırlanıb. Yolkanın hündürlüyünün 8 metr olduğu vurğulanıb. Məlumata görə, yolkanın hazırlanmasına 2 həftə vaxt sərf edilib.
Qeyd edək ki, bununla Çin şirkəti Türkiyənin “Vestel” şirkətinin fevral ayında hazırladığı rekordu yeniləyib.