Uşaqlarımıza aldığmız oyuncaqlar hər an onlar üçün təhlükə mənbəyi ola bilər.

Bu səbəbdən oyuncaq alarkən bəzi məqamlara diqqət yetirməliyik.

Axar.az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Valideyn: "Çalışıram yaxşı yerdən alım, metrolardan, elə-belə yerlərdən almıram".

Əslində isə oyuncaq alarkən valideynlər onun kefiyyət göstəricilərinə mütləq diqqət etməlidirlər. Çünki söhbət uşaqlarının sağlamlığından gedir.

Müasir dövrdə o qədər maraqlı və rəngarəng oyuncaqlar var ki, nəinki uşaqların, hətta böyüklərin də diqqətini çəkir. Bəs biz bu oyuncaqlar barədə nə dərəcədə məlumatlıyıq? Onların dermatoloji baxımdan uşaqlara hansısa zərərləri olurmu?

Mütəxəssislər həyəcan təbili çalır: keyfiyyətsiz, hardan gətirildiyi məlum olmayan oyuncaqlar təhlükə saçır. Bu cür oyuncaqların hazırlandığı materiallar, onların rənglənməsi üçün istifadə edilən kimyəvi boyaq maddələri azyaşlılarda bir sıra allergik reaksiyalar səbəb ola bilir.

İbrahim Rzayev - Dermatoveneroloq: "Daha çox plastik materiallardan hazırlanmış oyuncaqlar dəridə allergik kontakt dermatitlərin yaranmasına təkan verə bilir. Həmin oyuncaqların dəri ilə təmas bölgələrində qızartı və hətta qaşınan düyüncük və suluqcuqlarla özünü biruzə verə bilir".

Oyuncaqlarla təmas körpə yaşlarıdan başlayır. Uşaqlar əllərinə keçən oyuncaqları ağızlarına aparmaqda maraqlıdırlar. Bunu nəzərə alsaq, istər dişləri qaşımaq üçün, istərsə də oynamaq üçün plastik oyuncaqlara daha çox üstünlük verilir. Amma qeyd edək ki, daha ucuz satışa buraxılan plastik oyuncaqlar xərçəng riskini artırır. Oyuncaq alarkən diqqət etməli olduğumuz nüanslara gəlincə.

İbrahim Rzayev - Dermatoveneroloq: "Plastik oyuncaqlar və yumşaq xarakterli örtüyə malik olan oyuncaqlardan daha çox qaçılmalıdır. Bunu bütün valideynlərə tövsiyyə edirik. Amma son dönəmlərdə daha çox taxta və yaxud buna bənzər materiallardan hazırlanmış oyuncaqlar var ki, nisbətən sağlığımız üçün təhlükəli sayılmaya bilir".

Bir sözlə, mövzu uşaqlardırsa kəmiyyətə deyil, keyfiyyətə önəm vermək ən vacib amillərdəndəndir. Oyuncaq alarkən onun daha ucuz olmasına, iriliyinə, cəlbediciliyinə, uşağın istəyinə deyil, keyfiyyəti və uşağın sağlamlığına təsirini düşünmək vacibdir.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti