Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın 5 il azadlıqdan məhrum edildi.

Kult.az Ölkə.az-ın hazırda həbsxana həyatı yaşayan azərbaycanlı məşhurlarla bağlı kiçik araşdırmasını təqdim edir:

Prodüser Təranə Səmədovanın həbsi ötən ilin səs-küylü hadisələri sırasında idi. Bir il müddətinə azadlıqdan məhrum edilən məşhurun azadlığa çıxmasına təxminən 10 ay qalır.

"İntuş” ləqəbli məşhur stilist İntizam Yusifov da oxşar ittihamla Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Stilistin Bakı şəhər sakinləri olan yetkinlik yaşına çatmayan qadınları fahişəliyə cəlb etdiyi bildirilir. İ.Yusifov barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək İstintaq Təcridxanasına göndərilib.

Haqqında bəhs edəcəyimiz daha bir azərbaycanlı məşhur, Türkmənistanda yaşayan müğənni Nazir Həbibov isə iki ildir ki, dəmir barmaqlıqlar arasındadır. Sənətçi narkotik ittihamı ilə 12 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, həmyerlimiz Türkmənistanda ən bahalı toy müğənnilərindən sayılırdı.

Azərbaycan millisinin və "Kəpəz”in sabiq futbolçusu Faiq Cabbarov da həbs olunan məşhurlar sırasındadır. Bildirilir ki, o, çoxsaylı şikayət ərizələri əsasında saxlanılıb. Veteran futbolçu bir neçə şəxsdən külli miqdarda borc alıb qaytarmamaqda ittiham olunur.

Hazırda həbsdə olan başqa bir məşhur isə sosial şəbəkələrdə "Ramin Yeraz" adı ilə tanınan Ramin İsmayılovdur.

Dələduzluqda şübhəli bilinərək tutulan Ramin İsmayılov sosial şəbəkələrdə "Ramin Yeraz" adı ilə tanınan ifaçıdır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinə müraciət edən zərərçəkən Şirvan şəhər sakini Rəsul Mehdiyev "İnstagram" sosial şəbəkəsində onun videolarını paylaşan "Dublaj.Vine.Baku" adlı səhifənin istifadəçisi ilə tanış olduğunu və onunla görüşən zaman mobil telefonun həmin şəxs tərəfindən oğurlandığını bildirib.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti