|
Bir neçə dövlət qurumu balansında olan avtomobilləri satışa çıxarıb.
Axar.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi növbəti ilin 22 yanvar 2019-cu ildə hərraca çıxarılacaq avtomobillərin siyahısını təqdim edib. Bu dəfəki hərraca ümumilikdə 5 avtomobil çıxarılıb ki, onlardan 3-ü Daxili İşlər Nazirliyinə məxsusdur.
Vergilər Nazirliyi hərraca ilkin start qiyməti cəmi 3000 manat olan “KİA Optima” avtomobili təqdim edib. Ən yüksək qiymətə təqdim edilən avtomobil isə Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə məxsus “Mersedes Benz S350” avtomobilidir. Avtomobilin ilkin start qiyməti 27.000 manatdan başlayır.
Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı isə hərraca ilkin start qiyməti 5200 manat olan BMV-320, 4000 manat olan “Nissan Sanni” və 3700 manat olan “FİAT Doblo” avtomobili təqdim edib.