Yeni il uşaqların ən çox sevdiyi bayramlardandır. Bu bayramı balacalar üçün daha yaddaqalan etməkdən ötrü bəzi teatrlar xüsusi proqram hazırlayıblar.

Kult.az xəbər verir ki, Akademik Milli Dram Teatrında dekabrın 22-dən başlayan və yanvarın 6-dək davam edəcək “Nindza Tısbağalar və kapitan Cekin macəraları” bayram tamaşası gündə dörd seans olmaqla, saat 11:00, 13:00, 15:00 və 17:00-da təqdim olunacaq. Nümayişdən sonra azyaşlı tamaşaçılara hədiyyələr təqdim olunacaq.

Gənc Tamaşaçılar Teatrında dekabrın 29-dan yanvarın 6-dək saat 12:00, 14:00 və 16:00-da Hans Xristian Andersenin “Qar kraliçası” tamaşası oynanılacaq.

Heydər Əliyev adına Sarayda dekabrın 29-u saat 12:00-da, dekabrın 30-u saat 15:00-da “Yeni il hekayəsi - musiqili nağıl”, yanvarın 2-də saat 13:00-da, yanvarın 3-ü saat 17:00-da “Şaxta baba və Küpəgirən qarı” əyləncəli və interaktiv tamaşası təqdim ediləcək.

Opera və Balet Teatrında dekabrın 30-da saat 14:00-da yeni il əhval-ruhiyyəli “Şovkonçik” baleti səhnələşdiriləcək.

Bakı Uşaq Teatrında yanvarın 2-i saat 11:00 və 13:00-da “Şaxta babanın toyu”, Kukla Teatrında isə dekabr ayının 26-dan yanvarın 6-dək saat 12:00, 14:00, 16:00 və 18:00-da “Qış nağılı” tamaşası oynanılacaq.

Bakı Dövlət Sirkində dünya sirk ulduzların iştirakı ilə keçiriləcək bayram proqramı dekabrın 28-dən yanvarın 13-dək davam edəcək. Qiymətlər sırasına görə 10, 12, 15 və 20 manat təşkil edir.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti