|
Növbəti ildən "London taksi"ləri Vay-Fay xidməti ilə təchiz olunacaq.
Bu barədə Axar.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, yeni ildən “London taksi”lərində iki kameralı videoqeydiyyatçının quraşdırılması da gözlənilir. Həmçinin sürücülər vahid geyim forması ilə təmin ediləcək, sifariş mərkəzi və mobil tətbiqetmə istifadəyə veriləcək.