|
Hakerlər yüzlərlə alman siyasətçiyə aid məlumatları internetdə paylaşıblar.
Axar.az xəbər verir ki, bu barədə “Rbb İnforadio” radiostansiyası informasiya yayıb.
Məlumata görə, hakerlər Tvitterdə alman siyasətçilərə aid telefon nömrələri, ünvanlar, həmçinin partiyadaxili sənədləri yayıblar. Bundan əlavə hakerlər bir sıra siyasətçilərin şəxsiyyət vəsiqələrinin surətini, ailə üzvlərinin kredit kartlarına dair informasiya və yaxınları ilə yazışmalarını da internetə yükləyib.
Hücum Bundestaqda təmsil olunan bütün partiyaları əhatə edib.
Hazırda kiber-hücumun arxasında hansı dəstənin dayandığı məlum deyil. Məlumatların dərc olunduğu sosial şəbəkə hesabı 16 mindən çox izləyiciyə sahib olub. Hesab operatoru Hamburqda yerləşən internet-platformasına məxsusdur.