error
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING

Son vaxtlar valideynləri, xüsusən anaları narahat edən əsas məsələ uşaqların tez-tez xəstələnməsidir.

Bunun qarşısını almaq üçün valideynlər müxtəlif üsullara əl atsalar da, bəzən heç bir müalicə effekt vermir.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən pediatr Altay Abdullaoğlu bildirib ki, uşaqların tez-tez xəstələnməsi müxtəlif səbəblərdən ola bilər. Buna genetik həssaslıq, ekoloji faktorlar, vitaminlər, bağça və ya məktəb təsir edə bilər.

Həkimin sözlərinə görə, uşaqların ildə 6-8 dəfə xəstələnməyi normaldır:

“Lakin elə uşaqlar var ki, bundan artıq xəstələnir və xəstəliyi ağır keçirir. Belə uşaqlar hərtərəfli müayinə edilməli, daxildən gələn problem varsa araşdırılmalıdır. Üst və alt tənəffüs yolu xəstəlikləri, immun çatışmazlığı, allergiyalar, ürək, qaraciyər xəstəlikləri, qanazlığı və s. kimi xəstəliklərin olub-olmaması yoxlanılır. Əgər uşaq sağlamdırsa, müayinələrdə hər şey normaldırsa və yenə də tez-tez xəstələnirsə, demək, onlarda genetik həssaslıq var.

Havanın təmizliyi, qaldığı evin mühiti, nəmliyi, evə günəş düşməsinin uşağın sağlamlığında çox rolu var. Ona görə kənd, rayon mühitində yaşayan insanlar daha sağlam olurlar. Çünki qidalanma, hava və bir çox şeylər daha təmiz və təbiidir.

Bir sıra vitaminlərin çatışmazlığı da tez-tez xəstələnməyə səbəb ola bilər. Buna ən çox D vitamini aiddir. C vitamini və sinkin də çatışmazlığı varsa, profilaktik olaraq bunlar təyin oluna bilər. Bu zaman xəstəliyi daha yüngül keçirtmə ehtimalı çoxalır. Lakin bu o demək deyil ki, valideynlər hər xəstələnəndə uşağa vitamin kompleksi versin. Əksinə vitaminlərin çatışmazlığı yoxdursa, onların qəbulu orqanizmdə ciddi problemlərə səbəb ola bilər”.

Pediatr bildirib ki, xüsusilə bağçaya gedən uşaqlar tez-tez xəstələnir. Bunun da qarşısını tam almaq təəssüf ki, mümkün deyil:

“Lakin bir sıra tədbirlərlə bu riski azaltmaq olar. Uşaqların 3 yaşdan sonra bağçaya getməsi, iyun-iyul aylarında bağçaya başlaması, ilk başlayanda yarım günlük getməsi, yəni orada yatmaması xəstələnmə riskini azaldır. Bundan əlavə, uşaq xəstələnən kimi bağçadan uzaqlaşdırmaq, ev şəraitində təbii vasitələrlə, yəni bəzi meyvələrlə - portağal, limon, mandalin, nar ilə qidalandırmaq və bal, bəkməz, bol maye verməklə evdə baxmaq lazımdır. Uşaq tam sağaldıqdan bir müddət sonra bağçaya getməlidir. Çünki tam sağalmamış uşaq bu dəfə ya xəstəliyi pisləşmiş, ya da ikinci bir xəstəliyə yoluxmuş halda həkimə geri dönür. Bu isə həm həkimin işini, həm də müalicəni çətinləşdirir”.

Həkim sonda bildirib ki, tez-tez xəstələnən uşaqları bundan qorumaq üçün onların qrip peyvəndi edilməsi məsləhətdir:

“Qrip peyvəndini tövsiyə edə bilərik. Bu peyvənd bütün xəstəliklərdən qorumasa da, tez-tez xəstələnən uşaqlara edilə bilər. Qrip peyvəndi hər il vurulur”.

17 APRIL 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 APRIL 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 APRIL 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 APRIL 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 APRIL 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 MARCH 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 MARCH 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 JANUARY 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 JANUARY 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 DECEMBER 2024 Qışda “marojna”
12 DECEMBER 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 DECEMBER 2024 Süni intellekt insanı öldürə bilər?
23 NOVEMBER 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 NOVEMBER 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 NOVEMBER 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 NOVEMBER 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 NOVEMBER 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 NOVEMBER 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 NOVEMBER 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 NOVEMBER 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti