error
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING

“Ford” şirkəti “Takata” hava təhlükəsizlik yastıqlarının dəyişdirilməsi məqsədilə bütün dünyada 953 min avtomobilini geri çağıracağını bəyan edib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, şirkətin bəyanatına görə, “Takata” hava təhlükəsizlik yastıqlarının qəza olmayan normal şəraitdə partlaması və üzərindəki metal hissələri bütün salona yayması ehtimalı var. Bu, sərnişinlərin və sürücünün ağır xəsarət alması, hətta ölümü ilə nəticələnə bilər. Əsas problem sürücünün yanında oturan sərnişinin istifadəsi üçün nəzərdə tutulan təhlükəsizlik yastığındadır. Bu yastıq nasaz inflyatorla təchiz olunub. “Takata” hava yastıqlarının şişirdilməsi üçün kimyəvi ammonium nitratdan istifadə edir, lakin bu maddə istinin və rütubətin təsirindən korlana və partlayışın qarşısını almaq üçün nəzərdə tutulan metal kanistri parçalayan güclü partlamaya səbəb ola bilər.

Geri çağırılan modellərə “Ford Edge” və “Lincoln MKX” (2010), “Ford Ranger” (2010-2011), “Ford Fusion” və “Lincoln MKZ” (2010-2012), “Mercurу Milan” (2010-2011) və “Ford Mustang” (2010-2014) daxildir. Şirkət bu avtomobilləri fevralın 18-dən başlayaraq geri çağıracaq. Onların 782 mini ABŞ ərazisindədir. Tədqiqatlara görə, müxtəlif modellərdə istifadə olunan bu cür inflyatorlar indiyədək 23 nəfərin ölümünə səbəb olub. Bununla yanaşı, “Ford”un təmsilçiləri qeyd ediblər ki, hazırda geri çağırılan avtomobillərlə bağlı onlara bədbəxt hadisə haqqında heç bir məlumat daxil olmayıb. Lakin potensial qəzaların qarşısını almaq üçün şirkət bu hissələri dəyişəcək.

17 APRIL 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 APRIL 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 APRIL 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 APRIL 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 APRIL 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 MARCH 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 MARCH 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 JANUARY 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 JANUARY 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 DECEMBER 2024 Qışda “marojna”
12 DECEMBER 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 DECEMBER 2024 Süni intellekt insanı öldürə bilər?
23 NOVEMBER 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 NOVEMBER 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 NOVEMBER 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 NOVEMBER 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 NOVEMBER 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 NOVEMBER 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 NOVEMBER 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 NOVEMBER 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti