|
Türkiyənin tanınmış aktrisası Dəniz Çakır haqqında İstanbul Prokurorluğunda istintaq başladılıb.
Kult.az xəbər verir ki, aktrisa hicablı xanımları təhqir etməkdə ittiham edilir.
7 nəfər hicablı qadın İstanbulda yerləşən ticarət mərkəzlərinin birində aralarında yaranmış mübahisə zamanı D.Çakırın onları təhqir etdiklərini bildirib.
Qeyd edək ki, Dəniz Çakır Azərbaycanda da maraqla izlənilən “Yarpaq tökümü”, “Eşqiya dünyaya hökmdar olmaz” və digər seriallarda rol alıb.