|
Almaniyanın “Bavariya” klubunun futbolçusu Frank Riberi sosial şəbəkə istifadəçilərini təhqir edib.
Axar.az xəbər verir ki, Dubayda məşhur türk aşbaz Nüsrət Gökçənin restoranında qonaq olan futbolçunun 1200 avroya “Qızıl steyk” sifariş verməsi sosial şəbəkə istifadəçilərinin sərt tənqdinə tuş gəlib.
Riberinin izləyicilərinə cavabı isə daha sərt olub. Futbolçu onu tənqid edənləri yırtıq bir qoruyucudan dünyaya gəlmiş paxıl insanlar adlandırıb.
“Sizə heç nə borclu deyiləm. Mən hər şeyə Allah, özüm və mənə hər zaman inanan yaxınlarım sayəsində nail olmuşam”, - Riberi yazıb.