Gürcüstanda “donuz qripi” adlanan A ( H1N1) virusu sürətlə yayılır.

Qonşu ölkədə yayılmış bu təhlükənin ölkəmizdə olmaması üçün aidiyyəti orqanlar bu virusa qarşı qabaqlayıcı tədbirlər görürlər.

Bəs görəsən, H1N1 adlanan bu ölümcül virus necə yaranıb?

Axar.az H1N1-in yaranma tarixi haqqında maraqlı faktları təqdim edir:

“Bəzi qaynaqlarda bu qripin ilk dəfə 1976-ci ildə yarandığı qeyd edilib. Belə ki, həmin vaxtlar ABŞ hərbi hissəsinin Meksikada donuz fermasının yaxınlığında yerləşdiyi və əsgərlərin də ilk dəfə bu xəstəliyə xəstə donuzlardan yoluxduğu bildirilir. Bu səbəbdən həmin infeksiya “donuz qripi” adlandırılıb.

Digər mənbələrdə isə H1N1 virusunun tarixini daha qədimə - 1918-ci ilə bağlayırlar. Lakin həmin dövrdə bu xəstəliyin adı “donuz qripi” deyil, “ispan qripi” adı ilə qeydə alınıb. 1918-ci ilin aprelindən yayılan bu virus 10 il ərzində İspaniyada həyatı iflic edib. Məlumata görə, 50 ildən sonra, yəni 1958-ci ildə belə bir hadisə yenidən təkrarlanıb.

Alimlər 1918-ci ildə yayılan bu virusu yenidən “canlandıraraq”, onun ölümcül qüvvəsinin şahidi olmaq istəyiblər. Onlar virusun qurbanı olan bir cəsədi Alyaskadan çıxararaq, H1N1 virusunu yaratmağa çalışıblar. Virusu meymunlara vuran alimlər, dəhşətli hadisə ilə rastlaşıblar. Bir neçə saatdan sonra virusun simptomları özünü göstərib, meymunlarda ağciyərin iltihabı başlayıb.

H1N1 virusu ilə bağlı digər bir maraqlı tarix isə 2009-cu illə bağlıdır.

Belə ki, 2009-cu ildə Meksikanın La-Qloriya kəndində beş yaşlı Edqar Ernandes adlı uşaq donuz ferması yaxınlığında bu qripə yoluxub. Ailəsi bunun adi qrip olduğunu güman etsə də, sonradan Edqar dünyasını dəyişib. Təşvişə düşən həkimlər araşdırma apararaq, bunun H1N1 virusu olduğu müəyyənləşdiriblər”.

Qeyd edək ki, “donuz qripi”nin əlamətləri 39 dərəcədən yüksək olan hərarət, boğazda ağrı və öskürək, zökəm, baş və əzələ ağrıları, bəzən də qusma və ishaldır.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti