Xəta
  • Komponent yüklənərkən xəta: com_users, 1

Axar.az “Futbol+” saytına istinadən azərbaycanlı futbolçuların sürdükləri bahalı maşınları təqdim edir:

 

"Porşe Panamera 4S"

Ən bahalı maşın sürən futbolçu Maksim Medvedevdir. Uzun illər “Mazda 6”da gəzən yığma üzvü bu il dəyişiklik etmək qərarına gəldi. Amma kiminsə “çapdığı” avtomobilə ehtiyac duymadı. Salona getdi, pulunu saydı və “yağ içində olan” “Porşe Panamera 4Si (“Porsche Panamera 4S”) adına keçirdi. Bu modelin 2018-ci il buraxılışının bazar qiyməti 130-140 min avrodur. Yəni 260-270 min manat. Halbuki Maksim bu qiymətdə maşını indi yox, bir neçə il əvvəl də ala bilərdi. Ağılla hərəkət etməyi üstün tutub, öncə ev-obyekt sahibi oldu, daha sonra sürəti düşündü.

"Renc Rover"

Adı dillər əzbəri olan Rəşad Sadıqov heç vaxt maşın həvəskarı olmayıb. Hətta gənc yaşlarında, əli böyük pullarla oynayanda belə. Bir müddət sükan arxasında oturmaqdan vaz keçən Sadıqov iki il əvvəl yenidən avtomobil sahibi olmağı qərara aldı. Tanışlarının köməyilə Bakıya sürülməmiş “Range Rover” gətirtdi. İllərdir işlətdiyi 10 RS 014-ü də “belinə bağladı”.

2013-cü il buraxılışı olan “ceyran”ın bazardakı qiyməti 80-85 min dollar aralığında dəyişir. Təxminən 135-145 min manat. Rəşadın “Renc Rover”(“Range Rover”) almasından sonra bu model dəbə mindi. İndi həmin şirkətin eyni məhsulundan Qurban Qurbanov, Rəşad Sadiqov və Əmrah Çəlikəl (“Qarabağ”ın direktoru – red.) də yararlanır.

“Mersedes G-klass”

Avtomobil həvəskarları arasında “qalenvagen” və ya “qalik” kimi tanınan bu model son illər ölkəmizdə dəbdən düşmək bilmir ki, bilmir. Vaxtilə ərəb şeyxləri üçün istehsal olunan “qalenvagenlər”i bizdə pullu kişilər, ya da onların övladları sürür. Bir müddət əvvələ kimi Ruslan Qurbanovda da bu modeldən vardı.

“Səbail”in futbolçusu onu BMV-yə dəyişəndən sonra indi “qalik” sürən yeganə futbolçu Elvin Yunuszadədir. Qara rəngli “canavar”da gəzən Elvinin maşını “brabus”a yığıldığından olduqca cəlbedici görünür. Amma yeni deyil, 2009-cu il buraxılışıdır, nömrəsi 90 KO 555. Bu ilin “qaliklər”inin qiyməti 60-65 min dollardır. Təxminən 100-110 min manat.

“Porşe Panamera”

Mahir Mədətov hələ uşaq yaşlarından qapılarında bahalı maşınlar görüb. Atasının prodüser, əmisinin tanınmış olması avtomobil seçimlərinə təsirsiz ötüşməyib. Amma bir müddət sükan arxasında oturmadı. İndi isə “Porsche Panamera”sı var.

Deyilənə görə, 2011-ci il buraxılışıdır. Nömrəsi də 99 MM 099. Bu modelin 2011-ci ilinin məhsulu avtomobil bazarında 40-45 min dollara, təxminən 70-75 min manata satılır.

“Maserati Quattroporte”

O da yaman rahatlığına fikir verən, dost-tanış arasında samballı görünmək həvəskarı olan futbolçulardandır. Yığmada və “Qarabağ”da çıxış etməsinə, vaxtilə “Neftçi” ilə “Qəbələ”nin formasını geyinməsinə, üstəlik, legioner həyatı yaşamasına baxmayaraq, Araz Abdullayevmaşına dünyanın pulunu verməkdə maraqlı deyil. Ona görə də iki ildən çoxdur eyni maşının sükanı arxasında görüntülənir – 10 BX 007. 2012-ci ilin “mazeratti”sinin qiyməti təxminən 40 min dollardır, aşağı-yuxarı 70 min manat.

Başqaları

Bu gün hazırda top dalınca qaçan futbolçuların ən bahalı avtomobillərinin siyahısı ilə tanış oldunuz. Maraqlı gəldisə, digər oyunçuların “dəmir dostlar”ı ilə də tanış olun.

Cavid Hüseynov – BMV-X5

Kamran Ağayev – BMV-X5

Arif Daşdəmirov – “Lexus GS350”

Bədəvi Hüseynov – “Lexus GS350”

Ruslan Qurbanov – BMV 320 M3”

İlqar Qurbanov – BMV 320 M3”

Coşqun Diniyev – “Hunday Azera”

Namiq Ələsgərov – “Şevrolet Kamaro”

Tural Axundov – “Audi Q7”

Elvin Məmmədov – “Jeep Grand Cherooke”

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti