|
Məşhur “AirHelp” aviasiya portalı 2018-ci ildə ən çox gecikmələr və ləğvə səbəb olan 50 aviareysin siyahısını təqdim edib.
Axar.az “Haqqin.az”a istinadən xəbər verir ki, ən problemli reyslər sırasında “Lufthanza”nın həyata keçirdiyi “Frankfurt-Bakı” reysini də daxil edib. Belə ki, 56,7%-lik gecikmə və uçuş ləğvi sayəsində bu aviareys 48-ci yerdə qərar tutub.
Frankfurt hava limanı üçün daha bir problemli uçuş isə Priştinaya olan aviareyslər olub. Belə ki, problemlilik səviyyəsinə görə, bu reys reytinq cədvəlində 5-ci yeri tutub.
“AirHelp”in reytinq cədvəlində isə ilk yeri Mikonos-London aviareysi tutulub. Ondan sonrakı yerlərdə Lissabon-Çampino, Lissabon-Brüssel və London Qatvik-Buxarest qərarlaşıb.
Qeyd edək ki, reytinq cədvəlində yer alan problemli 50 reysin üçdə biri Almaniya ilə bağlıdır.